Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov gənc xilasediciləri mükafatlandırıb


Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü münasibətilə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışı başa çatıb


APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışların bağlanış mərasimi keçirilib. Qəbələ rayonundakı “Yeddi Gözəl” otelində keçirilən tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
 
Əvvəlcə nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüş keçirərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı, qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb. Sonra komandalar şərti olaraq “Yeddi Gözəl” otelində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın xilas edilməsi, dərin quyuya düşən insanın oradan çıxarılması əməliyyatını uğurla başa vurublar. Sonra gənc yanğınsöndürən və xilasedicilər hündür binanın fasadına çıxaraq üçrəngli dövlət bayrağını dalğalandırıblar, gənc boksçu və taekvondoçular isə döşək üzərində öz bacarıqlarını nümayiş etdiriblər.

 Sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.
 Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək, onlara uğurlar arzu ediblər.

 Tədbirdə məlumat verilib ki, FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın müxtəlif bölgələrində gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən komandalar finala vəsiqə qazanıblar. Bu yarışın iştirakçısı olan 17 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan və Moldovadan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar.

 Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatlar təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.

 Beynəlxalq yarışda ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıb.         

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar