Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov planlarından danışdı - Fotolar


Nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub


Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib. Nazirin sözlərinə görə, ötən müddətdə FHN-in 40 əməkdaşı barədə intizam tənbehi tədbirləri görülüb: "Bunlardan 16-sı xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib".

Nazir həmçinin bildirib ki, bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınla bağlı 10 567 çağırış daxil olub. K.Heydərov qeyd edib ki, bu hadisələrin 3667-si Bakı şəhərində qeydə alınıb. Ümumilikdə yanğın hadisələrinin 14-ü yüksək saylı çağırışla, digərləri isə çevik şəkildə söndürülüb. Nazirin sözlərinə görə, hər gün orta hesabla 32 yanğın hadisəsi baş verib, hər 7 gün ərzində isə 1 nəfər yanğın hadisələri zamanı xilas edilib.

Bu ilin hesabat dövründə baş vermiş yanğınlar nəticəsində 39 nəfər həlak olub. Görülən tədbirlər nəticəsində 123 dövlət, 600 fərdi ev, 312 özəl obyekt, 305 müxtəlif təyinatlı texnika yanğından mühafizə edilib. Yanğınsöndürənlər tərəfindən 11-i uşaq olmaqla 47 nəfər xilas edilib, 738 nəfər isə yanğının baş verdiyi ərazilərdən təxliyə olunub.

K.Heydərov tədbirdə onu da deyib ki, 2015-ci il üçün FHN-in Fəaliyyət Planı hazırlanıb: "Əsas məqsəd əməkdaşların peşəkarlığının artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, Bakı buxtasının təmizlənməsi layihəsi üzrə işlərə başlanılması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi və Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaqdan ibarətdir”.

K.Heydərov bildirib ki, nazirlik daha da səfərbər olacaq və ölkə rəhbərliyinin qarşıya qoyduğu işləri daha yüksək səviyyədə yerinə yetirəcək.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar