Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Qafarov xərçəngdən necə milyonlar qazanır: “lal deputat”ın biznesi və şirkətləri


Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır.


Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin – Səhiyyə Komitəsinin üzvüdür. Amma istər tibbi sığorta, istərsə tibb işçilərinin əmək haqları mövzusunda ağzını açıb danışmayıb. 

Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsi ölkəmiz ətrafında siyasi prosesləri daha da sürətləndirir. Sağdan soldan Azərbaycana qarşı qurulan planlar isə hər bir dövlət yetkilisindən daha yüksək məsuliyyət tələb edir. Bu gün artıq parlament üzvləri yalnız səsvermə prosesi ilə kənarda qala bilməzlər. Son vaxtlar Araz Əlizadə, Arif Rəhimzadə kimi deputatların dövlətçilik tariximizə qarşı çıxışları millət vəkillərinin daha aktiv siyası mövqe göstərmələrini şərtləndirir.

Təəssüf ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. Belə deputatlardan biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçkilən Kəmaləddin Qafarovdur. Milli Məclisin ən gənc deputatlarından olan K.Qafarov barəsində Cumhuriyyet.az olaraq internet üzərindən apardığımız araşdırmalarda maraqlı nəticələri üzə çıxardıq.

Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin – Səhiyyə Komitəsinin üzvüdür. Amma istər tibbi sığorta, istərsə tibb işçilərinin əmək haqları mövzusunda ağzını açıb danışmayıb. 

Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır. Əslində, iqtisadi bilikləri olan bir deputat kimi təkcə səhiyyə yox, həm də Azərbaycanın indiki maliyyə sabitliyinin pozulmasından danışmalıdır. Yəni, devalvasiya, böhran, çıxış yolları haqda fikir yürütməlidir, parlamentə və hökumətə təkliflər paketi olmalıdır. Amma K.Qafarovun dərman qiymətləri ilə bağlı bir neçə çıxışından başqa Milli Məclisdə səsini eşidən olmayıb. Sanki mandat ona susmaq üçün verilib. Yaşının gənc vaxtında belə passivlik isə K.Qafarovun gələcək siyasi karyerasını indidən şübhə altına alır. Amma cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda onu da üzə çıxardıq ki parlamentin passiv deputatlarından olan bu şəxs biznes sahəsində kifayət qədər aktiv imiş.

Bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb. Bununla bağlı cumhuriyyet.az mediada yer alan məlumatı olduğu kimi diqqətinizə çatdırır: “Şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kəmaləddin Qafarova məxsusdur.

Dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb. Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb. Bundan əlavə, “Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).

Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi. Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur. “Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib. Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.

Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar