Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəndlərdən niyə qaçırıq?


PIA.AZ bildirir ki, ANS PRESS yerli mütəxəssislərin qıtlığı məsələsini araşdırıb


Əvəllər kəndlərdə daha çox 3 nəfərə hörmət edilirdi. Bunlar kənddəki həkim, müəllim və molla idi. Ancaq təəssüfki bu gün vəziyyət tamam dəyişib. Bu baxışın dəyişməsinə isə bir çox məsələlər təsir edir. Xüsusi ilə kəndlərdə mütəxəssislər üçün çətin şəraitin mövcudluğu müəllim və ya həkimi kənddə işləmək arzusundan daşındırır. Əslində bu gün rayonlarda və kəndlərdə mütəxəssislərin işləyə bilməsi üçün müasir binalar inşa olunur. Həmçinin bu binalar bahalı avadanlıqlarla təchiz olunur. Ancaq bu müasir avadanlıqlardan istifadə edə biləcək, kəndlərdə işləməkdə maraqlı yerli mütəxəssislər tapmaq mümkün deyil.

Düzdür, artıq Nazirlər Kabineti bu məsələnin həlli üçün müəyyən adımlar atır. Məsələn, “gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qanunda dəyişiklik edilib. Bu qanuna görə, gənc müəllimlər üçün çox sayda güzəştlər nəzərdə tutulub. Gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək. Eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək.

Ancaq bu addım təkcə müəllimlər üçün deyil, həm də digər ixtisas sahələri üçün də tətbiq olunmalıdır. Ekspertlərin fikrincə yerli mütəxəssislərin bölgələrə cəlb olunması hazırda xeyli çətindir.

İqtisadçı alim Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bu məsələnin kökünə toxunub. O qeyd edir ki, xüsusi ilə regionlarda infrastrukturun paytaxta nisbətən aşağı səviyyədə olması bu cür çətinliyin yaranmasına səbəb olur: “Yerli mütəxəssislərin bölgələrə cəlb olunması iki istiqamətdə aparılmalıdır. Birinci istiqamətdə dövlət qurumlarında işləyənlər cəlb edilməlidi. İxtisaslı mütəxəssislərin rayonlarda işləməsi üçün stimullaşdırıcı addımlar atılmalıdır. Məsələn, oxşar vəzifələr üzrə bölgələrdə paytaxta nisbətən daha yüksək maaş verilməlidir. Bu praktika xarici ölkələrdə istifadə olunur. Bizdə də belə addımlar ataraq yerli mütəxəssislərin rayonlara can atmasına şərait yaratmaq olar”. 

V.Bayramlı hesab edir ki, mütəxəssisin rayonda verəcəyi kirayə pulunda, vergidə güzəştlər edilməsi vəya ipoteka proqramından istifadə imkanlarının təmin olunması effektiv yol ola bilər. Yəni, güzəşt müxanizmi ilə dövlət bu məsələni tənzimləyə bilər. Bununlada yerli mütəxəssislərin bölgələrdə işləməyə məramı olar: 

“Özəl sektorda isə bu məsələ biraz fərqlidir. Onlara hər hansı şərt qoymaq bir az müşkül məsələdir. Ancaq İtaliya praktikasından istifadə edərək bu məsələdən çıxış yolu tapmaq olar. Belə ki, regionlarda fəaliyyət göstərən şirkətlərə gəlir vergisində güzəştlər etməklə yerli mütəxəssislərin bölgələrədə çalışmasına maraq yaratmaq olar. Bu cür addımlar şirkətlərin rayonlarda yeni iş yerləri qurmasına və yerli mütəxəssislərin bölgədə çalışmasına şərait yaradacaq. Vergi dərəcəsində güzəşt edilməsi əmək haqqının aşağı olmasına baxmayaraq işçiyə də sərf edəcək”.

Yerli mütəxəssislərin rayonlara maraq göstərməməsindən gileylənən tibb elmləri doktoru, onkoloq alim Adil Qeybulla isə ANS PRESS-ə açıqlamasında vəziyyətdən çıxış yollarını göstərir. Onun sözlərinə görə, Azərbaycanda peşəkar həkimlər yetişməsinə baxmayaraq bu mütəxəssislərin bölgələrdə işləməsi üçün yetərli şərait yaradılmır. Ekspertin bildirdiyinə görə, nəinki ixtisaslı, heç gənc mütəxəssislər də kənddə işləmək istəmirlər:

“Xarici ölkələrdə təhsil alan yerli mütəxəssislərimiz var. Onlar ürək və uraloji əməliyyatları peşəkarcasına həyata keçirə bilirlər. Ancaq bu ixtisaslı mütəxəssislərin marağı daha çox paytaxtda işləməkdir. Çünki bölgələrdə maaş məsələsi istənilən səviyyədə deyil. Mütəxəssisin rayonda işləməsi üçün lazımi şərait yaradılmalıdır və əmək haqqı yüksək olmalıdır. Bazar iqtisadiyyatı şəraitində hər bir münasibətin maddiləşdiyi zamanda bu cür məsələrə diqqət yetirilməlidir. Bu cür stimullaşdırıcı addımlar atılacağı təqdirdə yerli mütəxəssisləin rayonlarda işləməyinə maraq yaratmaq olar". 

Bu gün əhalinin xarici ölkələrə axın etməsinə bu məsələnin hardasa təsiri var. Rayonda yaşayan xəstənin yiyəsi onu şəhərə gətirməkdənsə elə İran vəya Türkiyəyə aparmaq fikrinə düşür. Xüsusi ilə İranda əməliyyat və müalicə ucuz olduğu üçün camaat qonşu ölkəyə böyük maraq göstərir. Bu isə nəticədə ölkədəki pulların xaricə axınına səbəb olur. Ekspertlərin fikrincə, yerli mütəxəssisləri rayon və kəndlərdə işə cəlb etməklə həm ölkədəki pulun kənara çıxmasının qarşını almaq, həm də mütəxəssislərin işlə təminatını həyata keçirmək olar.

Bu gün ölkədə xeyli sayda diplomu əlində iş tapa bilməyən insan var. Onların əksəriyyətinin öz ixtisasına tam yiyələnə bilməməsi də sonda ölkədə kadr çatışmazlığına səbəb olur. Müasir texnikalardan neft-qaz sahəsində istifadə edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu avadanlıqlarla işləyə biləcək peşəkar yerli kadrların çatışmazlığından gileylənir. ARDNŞ prezidenti Rövnəq Abdullayev müsahibələrində bu məsələyə toxunaraq bu problemi açıq şəkildə etiraf edir: “Mən hər zaman demişəm ki, bizdə işsizlik yoxdur, kadrların çatışmazlığı var. Etiraf etməliyəm ki, həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən layihələrdə biz müasir biliklərə yiyələnmiş kadrların çatışmazlığı ilə tez-tez üzləşirik”. 

Ekspert Vüqar Bayramov bölgələrə investisiyalar cəlb edilməli olduğunu söyləyir. Mütəxəssisin fikrincə, bu işlər kompleks şəkildə görülməlidir: “Artıq ölkə başçısın göstərişi ilə bölgələrdə sənaye parkları yaradılması işinə start verilib. Bu cür addımlar bölgələrə investisiya yatırılması imkanını genişləndirir. Bu isə sonda özəl şirkətlərin rayonlarda fəaliyyətinə və digər şirkətlərlə rəqabət aparmasına imkan verəcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar