Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəpəkdən qurtulmağın təbii yolları


Kəpək müasir dövrün sağlamlıq problemlərindən biridir

 
Hər kəs də onunla mübarizə yolları axtarır. Bəs kəpəkdən tam qurutlmaq mümkündürmü? 
 
Kəpək problemi yaşayanlar üçün bu yazını oxumağı məsləhət görür.
 
İlk növbədə onu bildirək ki, kəpək dəri xəstəliyidir. Bəzi insanlarda mövsümi, bəzilərində müxtəlif səbəblərdən qaynaqlana bilər. Lakin həll edilə bilən problemdir. Kəpək başdakı ölü dərilərin tökülməsindən qaynaqlanır və saçların arasından görünməyə başlayır. Bu isə ən əsası xoş olmayan görünüş və diskamfort yaradır. Saçın çirkli, ya da təmiz olmasından asılı olmayaraq kəpək xaricdən çirkli görünüş yaradır. Bununla yanaşı sağlamlıq baxımından da ciddi bir problemdir.
 
Kəpəkli saçlarda meydana gələn problemlər:
 
* Tökülmə
 
* Qaşınma
 
* Dəridə qızartı
 
* Saçların nazikləşməsi
 
Bu problemlər qarşısında aptek və ya marketlərdə satılan kəpək şampunları gücsüz qala bilər. Belə vəziyyətdə isə həkim-dermatoloqa getməkdən başqa yol qalmır. Lakin evdə də hazırlaya biləcəyiniz bəzi qarışımlarla bu problemin öhdəsindən gələ bilərsiniz.
 
Sirkə
 
Saçları şampunlamazdan əvvəl 2 qaşıq sirkəni, əgər istəsəniz, spreyli şüşəyə tökərək saçlarınıza səpə bilərsiniz. Saçlarınıza masaj edərək sirkəni bütün dəriyə yayın və 10 dəqiqə saxladıqdan sonra durulayıb şampunlayın. Sirkədən istifadənin digər yolu da şampundan sonra 2 stəkan soyuq suya 1 fincan alma sirkəsi əlavə edərək durulamaqdır.
 
Aspirin
 
Saçlarınızın gurluğuna uyğun olaraq 2-3 aspirini əzib toz halına gətirin. İstifadə edəcəyiniz şampuna əlavə edin. Şampunladığınız saçı 3-4 dəqiqə bu cür saxlayın və durulayın.
 
Duz
 
Yumazdan əvvəl süfrə duzunu saçınıza töküb bir az masaj etsəniz, başınızdakı kəpəklər tökülər.
 
Ağız qarqarası
 
Ağız qarqarası bir çox problemlər kimi saçdakı kəpəyə də yaxşı təsir edir. Yuduğunuz saçlarınızı ağız qarqarasıyla bir dəfə yuyun, sonra duru su ilə yenidən durulayın.
 
Karbonat və ya qabartma tozu
 
Karbonat və ya qabartma tozu kəpək üçün ən məşhur həll yoludur. Əvvəl saçlarınızı isladın. Bir paket və ya bir ovuc qabartma tozunu saç dərinizə tökün və yaxşıca ovalayın, sonra durulayın. Bunu saçlarınızı yumazdan əvvəl həftədə 3 dəfə edə bilərsiniz. Lakin bu üsulu tətbiq etdikdə saçlarınızı yuyarkən şampunlamayın. Əvvəl saçlarınızda quruluq görəcəksiniz. Sonra isə saçlarınız təbii yağ istehsal edəcək və yumşaqlığı qayıdacaq. (ailem.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar