Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərbəla əvəzinə Goranboya gələn 104 yaşlı çeçen qadın Çeçenistana göndərilib

Dekabrda Goranboyda tapılan və özünü 104 yaşlı çeçen kimi təqdim edən Mədinə Əliyeva ötən gecə Çeçenistana yola salınıb


O, dekabrın 23-də polis əməkdaşları tərəfindən tapılıb. Onu rayon xəstəxanasına aparıblar.

 Üç gündən sonra "Təmiz dünya" sığınacağına yerləşdirilib. Yanvarın əvvəlində qadın Bakıdakı katolik kilsəsi nəzdində "Tereza ananın bacıları" sığınacağına verilib. Burada yaşlı adamlara qayğı göstərilməsi üçün hər cür şərait var.

Qadın Goranboya necə gəlib çıxdığını aydın başa sala bilməyib. Onun sözlərinə görə, iki qadın onu Kərbəlaya (İraq) ziyarətə aparırmış, ancaq Goranboyda qoyublar. Qadın milliyyətcə çeçen olduğunu bildirib. Onun sözlərinə görə, 1913-cü ildə Dağıstanda anadan olub. O, Çeçenistana göndərilməsini xahiş edib.

Azərbaycan XİN Çeçenistana və Dağıstana müvafiq sorğu göndərib. Oradan cavab gəlib ki, qeydiyyatda belə şəxs yoxdur.Öz növbəsində Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib ki, ölkəyə Mədinə Əliyeva adlı şəxs daxil olmayıb.

Eyni zamanda Çeçenistan rəhbərliyi qadını qəbul etməyə hazır olduğunu bildirib.

Ötən gecə Mədinə Əliyeva Çeçenistan nümayəndələrinin müşayiətilə Rusiyaya yola salınıb. Bunu Turan-a "Tereza ananın bacıları" sığınacağının rəhbərinin köməkçisi Vadim Dombrovski bildirib.

"Azərbaycan XİN, Rusiyanın Bakıdakı səfirliyi, yerli çeçen diasporunun nümayəndələrinin fəal yardımı sayəsində məsələ həll olundu", – o vurğulayıb. V.Dombrovski qeyd edib ki, qadına sərhəddi keçmək üçün müvəqqəti sənəd verilib

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar