Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərə yağı niyə bahalaşır?

İqtisadçı alim: “Müşahidələrimə görə, mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində də bahalaşma davam edib”


Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi  3 dəfə endirilsə də kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə bahalaşma müşahidə olundu.”

Bu sözləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu "facebook" səhifəsində yazıb.

İdxal rüsumunun aşağı salınmasında udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub. 

Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının,  qəhvə və çayın qiymətlərində isə bahalaşma qeydə alınıb.  DSK-nın  məlumatında 2 məqama diqqət yetirmək istərdim. 1-si ucuzlaşma ilə bağlıdır. Mənim müşahidələrimə görə, mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində də bahalaşma davam edib.  Ötən aydan bahalaşan yumurtanın 1 ədədinin qiyməti hazırda 20 qəpikdir.  İkinci maraqlı məqamlardan biri odur ki, kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur və bunu DSK-da təsdiq edir. 

Halbuki, ötən ilin dekabrın 7-dən  Nazirlər KabinetiAzərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi  3 dəfə endirilsə də kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının  qiymətinin bahalığı  idxal rüsumun dərəcəsinin  yüksək olması ilə deyil başqa səbəblərlə bağlıdır. 

Əslində Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlar 6 aydır ki,  udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub.  Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarl bölüşdürən bir neçə  şirkətin  oliqopliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə bahalaşdırırlar.  Odur ki, yeni yaradılan. amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində  mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağın qiymətinin bahalaşmasında inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı qanunvericiliyi tələblərinə uyğun tədbirlər görməyə çağırıram.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar