Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənov “Yeni Müsavat”ı hədələyib

Kərəm Həsənov törətdiyi maxinasiyadan yayınmaq istəyir


Komitə sədri fırıldaq ortaqları olan türk şirkəti vasitəsi ilə “Yeni Müsavat”ı susdurmağa çalışır 

“Yeni Müsavat” qəzetinin 15 noyabr sayında “Kərəm Həsənovu bitirəcək məxfi dosye əlimizdə” başlıqlı manşet yazısından narazı qalan qarşı tərəf 3 gün müddətində təkzib verməyəcəyi təqdirdə qəzeti məhkəmə ilə hədələyib. Qəzetdə iddia olunanlarla bağlı yazıda adı hallanan türkiyəli iş adamı bununla bağlı məsələyə heç bir dəxli olmayan Moderator.az saytına məktub göndərib. Öncə həmin məktubu olduğu kimi təqdim edirik:
“Türkiyə Cümhuriyyətinin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Bakı ofisinin rəhbəri Mustafa Çakır “Yeni Müsavat” qəzetinin 15 noyabr 2013-cü il tarixli sayında yer almış şirkətin işgüzar nüfuzuna xələl gətirən material barədə şirkətin mövqeyini bildirib.

Onun müraciətində göstərilir ki, “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti 19.03.1996-cı il tarixində Altan Çətinkaya tərəfindən təsis edilmişdir. Şirkət hazırda Türkiyə Cümhuriyyətində və bir sıra dünya ölkələrində xəritə, şəhər planlaması, Coğrafi İnformasiya Sistemləri, kadastr, havadan fotoşəkilçəkmə, layihələndirmə və digər sahələr üzrə fəaliyyət göstərir. Şirkət professional işçi heyəti, müasir texnikası və avadanlıqları ilə Türkiyə və dünya üzrə öz sektorunda lider olan qurumlardandır.

Şirkət GPS teknologiyasını Türkiyədə ilk tətbiq edən qurumlardan biri olmaqla, həmişə texnologiyanın inkişafına dəstəyi davam etdirmiş, bu istiqamətdə Türkiyənin və dünyanın ən böyük fotoqrammetriya ofisini qurmuşdur. Şirkət ona məxsus olan təyyarə və hava kamerası ilə həmin sektorda fəaliyyət göstərən digər firmalara rəqəmsal havadan fotoşəkilçəkmə xidmətləri göstərməkdədir. Şirkət Türkiyənin Müdafiə Nazirliyi tərəfindən havadan fotoçəkiliş aparmağa icazə verilmiş yeganə özəl qurumdur. “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinə Səudiyyə Ərəbistanı tərəfindən də havadan fotoçəkiliş aparmağa icazə verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən Azərbaycan Respublikasının bütün ərazisinin ortofotoxəritələrinin tərtib edilməsi məqsədi ilə havadan fotoçəkilişlərin aparılması işləri şirkətin əsas iştirakçılığı və ortaqlığı ilə həyata keçirilmişdir.

Müraciətdə bildirilir ki, 1996-cı ildə təsis olunmuş “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin ortaqları bəllidir.  Şirkətin heç vaxt gizli ortağı olmamış və şirkət tərəfindən gizli ortağa ehtiyac duyulmamışdır.  Bununla yanaşı, bu günə qədər şirkətin heç bir işində iştirak etməyən, şirkət üçün heç bir iş görməyən kəs şirkətin nə rəsmi, nə də gizli ortağı ola bilməz. Beləliklə, “Yeni Müsavat” qəzetində irəli sürülən şirkətin T.Ç. adlı gizli ortağının olması iddiası tamamilə əsassızdır. Eyni zamanda, qəzetdə qeyd olunan Surət Hüseynovun kimliyi, nə işlə məşğul olması şirkətə bəlli deyildir. Bu şəxsi nə tanıyırıq, nə də onunla hər hansı bir əlaqədə olmuşuq.

 Müraciətdə həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2011-ci ildə həyata keçirilən “Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” üzrə tenderin qalibi “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti olmuşdur. Bu layihə 2012-ci ildə uğurla tamamlanmışdır. Layihənin keyfiyyətinə nəzarət Dünya Bankının rəhbərliyi altında alman firması tərəfindən həyata keçirilmişdir. Həm alman firmasının, həm də Dünya Bankının ekspertləri layihəni yüksək qiymətləndirmişlər. Hətta bu layihə dəfələrlə dünyanın öndəgedən kadastr və Coğrafi İnformasiya Sistemləri üzrə mütəxəssislərinə təqdim edilmiş və onlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

Həm Sumqayıt, həm də Bakı layihələri Azərbaycan Respublikasının satınalmalar üzrə mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. Azərbaycan çox ciddi bir hüquq dövlətidir. Bu layihələrdə dövlətin digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının da nümayəndələri iştirak etmişdir. Əvvəlcədən müəyyən olunmuş tarixlərdə və saatda bütün şirkətlər sənədlərini Tender Komissiyasına təqdim etmişlər. Ən başlıcası isə, tenderin açılışı günü bütün iddiaçı şirkətlərin sənədləri və maliyyə təklifləri iddiaçı şirkətlərin nümayəndələrinin də iştirakı ilə əvvəlcədən zərflərin açılıb-açılmadığı yoxlanaraq, Tender Komissiyasının və bütün iddiaçıların nümayəndələrinin önündə açılmışdır. Beləliklə, “Yeni Müsavat” qəzetində iddia edildiyi kimi, digər iddiaçı şirkətlərin təkliflərini əvvəlcədən görmək mümkün deyildir.

Müraciətdə qeyd olunur ki, şirkətin Azərbaycanda həyata keçirilən tenderlərdə məlumat əldə etmək, sənəd əldə etmək, rüşvət vermək, şəxsi münasibət qurmaq, gizli ortaqlıq yaratmaq kimi heç bir qanunazidd fəaliyyəti olmayıb. Eləcə də, Azərbaycan Respublikasının heç bir vəzifəli şəxsi ilə sənəd və məlumat almaq, eləcə də rüşvət vermək kimi bir münasibətimiz olmayıb. Beləliklə, “Yeni Müsavat” qəzetinin 15 noyabr 2013-cü il tarixli sayında yayınlanmış iddialar tamamilə əsassız və çox çirkindir. Bütün bu iddiaları əsla qəbul etmirik və qınayırıq.

 Müraciətdə eyni zamanda bildirilir ki, “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti olaraq “Yeni Müsavat” qəzetindən tələb edirik ki, üç gün ərzində yuxarıda qeyd etdiyimiz açıqlamalar əsas götürülərək, təkzib verilsin. Əks halda, qanunvericiliklə bizə verilmiş hüquqlardan istifadə edərək, məhkəməyə müraciət edəcək, şərəf və ləyaqətimizə, şirkətimizin işgüzar nüfuzuna vurulmuş ziyana görə 1 (bir) milyon manat məbləğində təzminat tələb edəcəyik”.

****
Redaksiyadan: Sözügedən yazı “Yeni Müsavat” qəzetində dərc edildiyindən qarşı tərəfin irad və narazılığı varsa, bu barədə rəsmi qaydada redaksiyamıza müraciət etməli, mövqelərini əsaslandırmalıdır. Redaksiya yalnız daxil olan rəsmi məktub əsasında təkzib verə bilər. Başqa bir sayta göndərilən təkzib məktubuna əsaslanaraq, qəzetin təkzib verməsi həm peşəkarlıq, həm qanunvericilik, həm də etik baxımdan məqbul deyil. Biz şirkətin məsələyə heç bir dəxli olmayan Moderator.az saytına yolladığı məktubu yalnız tender qalmaqalında adı hallanan tərəflərdən birinin mövqeyi olaraq dərc edirik. Türkiyə şirkətinin sözügedən yazı ilə bağlı iradları varsa, rəsmi qaydada redaksiyamıza müraciət edə bilər. “Yeni Müsavat” olaraq bizim bu məsələdə heç bir qərəzimiz yoxdur və bütün tərəflərin mövqeyinə yer ayırmağa hazırıq.

Nəhayət onu da bildirək ki, məlumatı redaksiyamıza verən mənbənin gizli mübarizə aparmaq niyyəti yoxdur. O və onun Bakıdakı ortaqları bu məsələ ilə bağlı mətbuat konfransı keçirib qalmaqalın bütün detallarına (telefon danışıqlar, internet yazışmalarını və s.) qədər ictimaiyyətə açıqlayacaq. Redaksiyamızla əlaqə saxlaya mənbə məsələnin ictimailəşməsində israrlı olduğunu, bu yaxınlarda keçiriləcək mətbuata konfransında bütün məqamlara aydınlıq gətirəcəyini dedi.

Eyni zamanda, “Yeni Müsavat” qəzetinin sərəncamında qəzetdə yayınladığımız iddiaları təsdiqləyəcək sübutlar mövcuddur. Yazıda adıçəkilən Kadastr Xidmətinin rəhbəri Ramiz Quliyevin elektron ünvanından gələn və özündə rüşvət bölgüsünü əks etdirən ifşaedici materiallar, eləcə də digər sübutlar redaksiyaya təqdim olunub.

Onu da bildirməyi vacib sayırıq  ki, bu tələm-tələsik təkzib qeyd olunan maxinasiya əməliyyatının başında duran Əmlar Məsələləri Dövlət Komitəsinin sədri
Kərəm Həsənovun tapşırığı ilə həyata keçirilir. Komitə sədri guya bununla ittihamları özündən uzaqlaşdırır; Türk şirkətinin əli ilə qəzetimizi hədələyərək, bizi susdurmağa çalışır.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar