Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənov hesabat verdi


2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən kiçik özəlləşdirmə formasında 770-dən çox müəssisə və obyekt, 650-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib


Bunu ƏMDK tərəfindən 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, ötən il ərzində 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib: “Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğdə investisiya qoyulub. Hesabat dövründə 5 680-ə yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim ediblər. Bunlardan 2 400-dən çoxu elektron xidmət vasitəsilə təqdim edilib”.

K. Həsənov deyib ki, komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər: “Hesabat dövründə 5 798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3 739 ədəd Registrdən çıxarış sənədi hazırlanıb”.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar