Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənov media patronu olmağa hazırlaşır

Son dövrlər mətbuatın gündəmindən düşməyən məmurlardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində hallanan, "MTN çetesi"nin bir çox cinayətlərinə qarışdığı iddia olunan komitə sədrinin vəzifəsini itirəcəyi gözlənilirdi


Amma bu baş vermədi. Kərəm Həsənov vəzifəsini yox, səlahiyyətlərindən bəzilərini itirməklə canını qurtardı. Hətta bəzi özəlləşdirmə sahələri belə onun əlindən alındı. Təkcə bu fakt artıq Kərəm Həsənovun hakimiyyət üçün etibarlı kadr olmadığını göstərir. 

Bir vaxtlar hakimiyyətin yuxarı eşalonunun ən etibarlı kadrlarından olan komitə sədrinin bu vəziyyətə düşməsinin səbəbi yuxarıda qeyd etdiyimiz kimi Eldar Mahmudov və "MTN çetesi" ilə qeyri-qanuni əməkdaşlığı oldu.

Səlahiyyətlərini böyük ölçüdə itirən Kərəm Həsənov indi mövqeyini gücləndirmək üçün bəzi addımlar atmağa hazırlaşır. Bu barədə Qaynarinfo.az-a komitə sədrinə yaxın mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Kərəm Həsənovun bu yöndə atacağı ilk addım özünə məxsus media qurumunu yaratmaq olacaq. O, bununla bağlı fəaliyyətə başlayıb. Güclü bir media orqanı yaratmaq niyyətində olan sədr bunun üçün lazım olan qədər maliyyə ayırmaq və tanınmış jurnalistləri işə cəlb etmək niyyətindədir. Artıq bununla bağlı işlərə start verilib. Yaxın günlərdə media orqanının daşıyacağı ad və rəhbərlik edəcək şəxsin kimliyi açıqlanacaq.

Azərbaycanda yüksək rütbəli məmurların şəxsi media orqanının olması yenilik deyil. Bunun yaratdığı üstünlükləri görən Kərəm Həsənov da həmkarlarının təcrübələrindən yararlanmaq niyyətinə düşüb. Amma onun bu addımına hakiyyətin yuxarı dairələrinin hansı reaksiyanı verəcəyi hələ məlum deyil. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar