Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənovun Eldar Mahmudov sevgisi - Yesenin parkı necə özəlləşdirildi?


Komitə sədri sabiq nazirin parkı zəbt etməsini bildiyi halda, onun villasına rəsmi sənəd verib


Ötən ilin oktyabr ayından sonra ölkənin gündəmini dəyişən «MTN işi»ndə adı hallanmayan məmur qalmayıb.

 Bəzilərinin Eldar Mahmudovla həqiqətən də yaxınlığı olsa da, bəzilərinin adı prosesə «yamaq» kimi vurulub. Lakin önəmli olan hadisə odur ki, MTN olayı mahiyyət etibarı ilə ölkədə məmurların sirrini bütünlüklə də olmasa, böyük qisminin üstünün açılmasına vəsilə oldu.

BakuNews.tv xəbər verir ki, MTN olayları zamanı adı ilk gündəmə gələn məmurlar Rabitə və Yüksək Texnologiyalar naziri Əli AbbasovƏmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oldular. Proseslərin gedişatı fonunda Əli Abbasov daha ağır duruma düşərək, nazir postundan uzaqlaşdırıldı. Lakin Kərəm Həsənov hələ də mövqelərini qoruyub saxlamaqda davam edir. Bəzi hallarda isə qurduğu «sipərləri» möhkəmləndirməyə nail olub. 

Qeyd edək ki, komitə sədrinin adı ilk olaraq Eldar Mahmudovla şəriklilik məsələsində çəkildi. «Azinko» tikinti şirkətini birgə işlətdikləri üzə çıxdığı bir vaxtda, o da məlum oldu ki, Həsənovun qardaşı Şahin Həsənov da MTN-də şöbə rəisi işləyirmiş. Amma bu da son olmadı. Ardından bəlli oldu ki, Eldar Mahmudovla Kərəm Həsənovun şərikliyi təkcə tikinti və biznes sahələrini əhatə etməyib, elə MTN-də birlikdə işlədirmişlər. Məsələn, DYP-də inspektor işləyən qudasını sözügedən nazirlikdə idarə rəisinin müavini təyin etdirməyi bacaran komitə sədrinin Mahmudovla hansı yaxınlığa malik olduğunu deməyə hacət yoxdur. 

Hərçənd Kərəm Həsənov Eldar Mahmudovla şərik olması, yaxınlığı barədə məlumatları inkar edir. Birmənalı olaraq bildirir ki, o, sabiq naziri dövlət məmuru olaraq tanıyıb. Və münasibətləri də həmin müstəvidən o yana keçməyib. Təbii ki, heç kim öz ayranına turş deməz və təsdiqləməz ki, dövlətə böyük zərbələr vurmuş biriylə şərik olub. O zaman sual meydana çıxır: Bəs, necə olur ki, quda MTN-də idarə rəisinin müavini, qardaş isə şöbə rəisi kimi fəaliyyət göstərib? Axı, Eldar Mahmudov özünə simsar olmayanları bir addımına belə yaxın buraxmırdı? Olmaya DYP inspektoru işləmiş quda o qədər bacarıqlı «çekist» olub ki, Mahmudov ondan imtina edə bilməyib? Və ya Şahin Həsənov elə güclü beynəlxalq əlaqələrə malik olub ki, nazirlik onun ayağına düşüb yalvarıb? Təbii ki, bunların heç bir belə deyil və ortada işgüzar münasibətlərin varlığı vəziyyəti bu həddə qədər çatdırıb. 

Kərəm Həsənov birmənalı olaraq bütün əlaqələrini inkar edə bilər. Hətta daha mübhəm məsələləri dana bilər. Ancaq Azerinews.tv-nin əldə etdiyi bir məlumat böyük ehtimalla komitə sədrini çətin duruma salacaq. Daha doğurusu, indiyə qədər gün işığı görməmiş, amma həqiqət olan bu məlumat ƏMDK sədrinin karyerası üçün də problem yarada bilər. Əldə etdiyimiz məlumata görə, Eldar Mahmudovla sıx əlaqəsi olan, hətta bəzi məsələlərdə ona yardım etmiş Kərəm Həsənov ölkə qanunlarını ayaqlarının altına qoyaraq, şəriki üçün olduqca mühüm bir addım atıb. Həmin mühüm addım isə Mərdəkanda yerləşən «Yesenin Parkı»nın özəlləşdirilməsiylə bağlıdır. Bir qədər ətraflı izah edək. 

Məlumata görə, Eldar Mahmudov bir neçə il bundan əvvəl Mərdəkanda özünə nəhəng villa tikmək qərarına gəlib. Həmin tikinti zamanı ərazinin azlığı nazirin xoşuna gəlmir və yaxınlıqda yerləşən Yesenin Parkının bir hissəsini də mülkünə qatır. Qanunla parkların əraziləri özəlləşdirilmiş və zəbt olunması da qadağandır. Amma Mahmudovun həmin vaxt qılıncının dalı və qabağı da kəsdiyindən kimsə qanunun bu tələbini nəzərə almır. Amma işin ən absurd hissəsini elə Kərəm Həsənov görür. 

Belə ki, komitə sədri Yesenin Parkının zəbt olunmuş hissəsini Eldar Mahmudovun adına özəlləşdirir və bununla da qanunları ayaq altına qoyur. Qanunun tələblərinə görə, Həsənov həmin ərazini özəlləşdirə bilməzdi. Üstəlik, hələ də maraqlıdır ki, parkın ərazisini komitə sədri hansı sənədlərə əsasən özəlləşdirə bilib. 

Hər halda komitə sədrinin bu məsələ ilə bağlı məntiqli bir açıqlaması və ya əsaslandırması olacaq. Əks təqdirdə, dövlətin balansında olan parkı necə özəlləşdirdiyinin hesabını verməlidir. Özü də əsaslandırılmış şəkildə. Bəlkə də, Kərəm Həsənov elə yollar bilir ki, özəlləşdirmə zamanı onlardan istifadə etmək daha faydalı olar. Və ya həmin yeni yollar dərsliyə salınaraq, tədris edilər. 

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar