Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənovun obyektləri


Azərbaycanın əmlak kralı ilə bağlı şok dosye


Əmlak naziri oliqarxları hədələyib: “Özünüzü yığışdırın, növbəti 5 ildə mənim sözüm sizdən üstün olacaq… ”

Kərəm Həsənov və ətrafının vəzifə yüksəlişləri, özəlləşdirmədəkı rüşvət “mexanizmləri”, varidatları ilə bağlı sensasiyalı məlumatlar

Azərbaycanda 1996-ci ildən başlayaraq həyata keçirilən özəlləşdirmə prosesində baş verən fırıldaqlar, cinayətlərlə bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, bu istiqamətdə bundan əvvəl də saytımızda 2 geniş araşdırma dərc olunub (bax: “Azərbaycandaki əmlak talaninin astar üzü” adlı BİRİNCİ və İKİNCİ YAZIYA). Bu yazılarda Azərbaycanda əmlak talanın hansı mexanizmlərlə, necə və kimlərin vasitəsilə reallaşdırıldığı ümumi şəkildə açıqlanıb. Ancaq ötən illərdə Əmlak Məsələləri Dövlət Komitəsində söz sahibi olan şəxslərin, o cümlədən indiki rəhbərliyin bu prosesə necə qatılmaları, aşkar və gizli olaraq nələri ələ keçirmələri, hansı qanunsuzluqlarda, hətta cinayətlərdə iştirak etmələri detallı olaraq açıqlanmayıb.
“AzPolitika.info” saytı bununla bağlı sözün həqiqi mənasında sensasiyalı məlumatlar, faktlar əldə edib. Bizə təqdim olunan materiallarda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş, demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var. Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib. Bu materiaları saytımızda hissə-hissə dərc edəcəyik. Ümid edirik ki, aidiyyatı qurumlar bu faktları araşdıraraq hüquqi qiymət verəcək.

(əvvəli burada)

Həsənov Mingəçevir alverində özünü “qurban” vermiş Cəlilovu geri qaytardı
K.Həsənov və R.Cəlilov


16 noyabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradıldı. Kərəm Həsənov, axır ki, çoxdan arzuladığı, həsrətində olduğu yeni komitənin sədri təyin edildi. Və dərhal da yeni idarəetmə mexanizmini işə saldı.
Əvvəlcə Mingəçevir alverində özünü “qurban” vermiş Rafiq Cəlilovu və sadiq dostu Rüstəm Şahbazovu özünə müavin təyin etdirdi. Doğrudur, əvvəlcə prezidentin fərmanı ilə təsdiqlənən Komitənin əsasnaməsində sədrin bir müavininin olması nəzərdə tutulmuşdu. Ancaq K.Həsənovun xahişi ilə Komitənin əsasnaməsində edilən əlavə və dəyişiklikdən sonra iki müavin vəzifəsi oldu. Göründüyü kimi, K.Həsənov Rafiq Cəlilovu “pod atkos“ buraxsa da, onunla vaxtilə birgə gördükləri işi öz üzərinə götürdüyünü, yəni yaxşılığını yaddan çıxarmadı. Əgər Mingəçevir alverində bir yerdə olmasaydılar, şübhəsiz ki, R.Cəlilov bu gün müavin vəzifəsində işləməzdi…

Kərəm Həsənovun “asan xidməti” – hamıdan işdən azad olunmaq haqqında ərizə alıb

Ancaq bunu K.Həsənovun dostluğa sədaqəti, kişiliyi qiymətləndirməsi kimi deyil, gələcəkdə həyata keçirməyi planlaşdırdığı “layihələri”, maxinasiyalrı reallaşdırmaqda ona yardımçı olacaq “sirr ortağını” yanına alması kimi xarakterizə etmək daha doğru olardı. Çünki Kərəm Həsənov ona çörək verən, əlindən tutub yuxarı çəkən Fərhad Əliyev və qardaşına xəyanət etməklə, bəzi dəyərlərin onun üçün elə də əhəmiyyət daşımadığını göstərdi…
Elə bunun göstəricisi idi ki, Kərəm Həsənovun tapşırığı əsasında Ləğvetmə Komissiyasının qərarı ilə F.Əliyevin vəzifəyə təqdim etdiyi 80 nəfərə yaxın əməkdaş yeni komitədə işə qəbul edilmədi.
Yeri gəlmişkən qeyd edək ki, Komitəyə işə qəbul olunan hər bir əməkdaşdan, istər keçmişdə, istərsə də özü rəhbərlik etdiyi dövrdə Komitənin tabeliyinə keçən, ancaq hələ özəlləşdirilməmiş müəssisələrin rəhbərlərindən, Açıq Səhmdar Cəmiyyətlərin (ASC) İdarə Heyətlərinin sədri təyin olunan şəxslərdən eyni gündə həm işə qəbul haqqında, həm də işdən azad olunmaq haqqında ərizə yazmaları tələb olundu. İşə qəbul haqqında ərizəyə tarix yazılsa da, ikinci – işdən azad olunmaq haqqındakı ərizədə tarix qeyd olunmurdu. K.Həsənov və müavinləri qanunvericiliyə zidd olan ikinci ərizənin hansı əsasla yazılmasını soruşanlara göstərişin Prezident Administrasiyasından verildiyini bildirirdilər.147

147İkinci ərizə əvvəllər əl ilə yazılıb imzalanırdı. Ancaq bununla bağlı Komitənin bəzi əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK), Prezident Administrasiyasına məlumat vermələri Kərəm Həsənovu gözləmədiyi situasiya ilə üzləşdirdi. Ona Prezident Administrasiyasından xəbərdarlıq edildi.
Bundan sonra əlavə problemlərdən qaçmaq üçün yeni metod düşünüldü. Kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri, əslən Cəlilabad rayonundan olan, K.Həsənovun yaxın qohumu Natiq Məlikov ərizələri kompyuterdə yazdıraraq tarix qoyulmadan imzalatdırırdı. Tarixi istənilən vaxt qoyaraq, Əmr vermək daha asan idi. ƏMDK-nin əməkdaşları bu variantı öz aralarında dövlət qulluqçusunun xəbəri olmadan 10 dəqiqəyə işdən azad olunmağın “asan xidmət”i adlandırırdılar.
Yəqin ki, respublikada dövlət qulluğu statusunda fəaliyyət göstərən təşkilatların heç birində bu cür “cılız” idarəetmə üsulundan istifadə olunmur. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Sədri Bəhram Xəlilovun bu “layihə”dən xəbəri ola-ola susması, təəssüf doğurur.

Kərəm Həsənov Komitədə yeni iş rejimi tətbiq edir – pozanların “paketi” kəsilir
963

K.Həsənovun tapşırığına əsasən, Komitədə yeni iş rejimi tətbiq olundu, sıravi dövlət qulluqçularının iş vaxtı əmrsiz axşam saat 19.00 –a qədər, şöbə və sektor müdirlərinin iş saatı isə 20.00, bəzən 21.00 –a qədər uzadıldı. Komitənin və onun rayon şöbələrinin əməkdaşlarına şənbə günü saat 17.00-dək işdə olmaları haqqında göstəriş verildi. Dövlət qulluqçusunun əmək məzuniyyətində olduğu müddət Komitənin Əmrində və Əmək Məcəlləsində göstərildiyi kimi yox, K.Həsənovun göstərişi ilə iki həftədən artıq olmamaq şərti ilə müəyyənləşdirildi. İki həftədən sonra əməkdaş müvafiq Əmr olmadan məcburən iş yerində olmalı idi. Əgər əməkdaş iki həftədən artıq məzuniyyətdə olarsa, respublikada yeganə dövriyyə pul tədavül vasitəsi olan manat əvəzinə ona ABŞ dolları ilə verilən “paket” maaşı kəsilirdi.

DQMK-ı tərəfindən vəzifəyə göndərilmiş əməkdaşa komitədə tətbiq olunan bir il sınaq müddətində “paket” maaşı verilmirdi. Yeni işçinin sınaq müddətində buna reaksiyasından çox şey asılıdır. Həmin dövrdə onun ehtiyaca dözümlülüyü araşdırılır. Qeyd edək ki, yuxarıda qeyd olunan qanunsuzluqlar bu gün də davam edir. Əməkdaşlar ikinci ərizənin işə düşəcəyindən və iş yerlərini itirəcəklərindən ehtiyat edib, K.Həsənovun özəl iş rejiminə etirazlarını bildirməyə cəsarət etmirlər.

Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Həsənovdan niyə çəkinir?

Qayıdaq əvvəlki dövrdə baş verənlərə. Beləliklə, K.Həsənov yeni yaradılmış komitədə və onun strukturlarında çalışan 80 nəfərə yaxın əməkdaşı “F.Əliyevin kadrı” damğasını vurmaqla işdən azad etdi. Maraqlıdır ki, Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri B.Xəlilov öz vəzifə səlahiyyətindən istifadə edərək, azad olunmuş dövlət qulluqçularının hüquqlarının pozulmasının qarşısını almadı. Nə onların öz iş yerlərinə bərpa edilməsinə, nə də başqa dövlət təşkilatlarında işlə təmin olunmasına köməklik göstərdi… Bəlkə də K.Həsənovdan ehtiyat edirdi.

Bəhram Xəlilov

Çünki F.Əliyev kimi bir naziri, həmyerlisini, “xlebnik”ini “pod otkos” buraxan bir şəxs üçün, B.Xəlilovu da hansısa bir fikrinə görə, necə dəyərlər, “şərə salmaq” o qədər də çətin deyildı. Elə Həsənov özü də bunu gizlətmirdi. K.Həsənov Dövlət Qulluğu Məsələləri Komissiyasının 5-ci təsnifata imtahan verib qəbul olunmuş gəncləri “B.Xəlilov kimdir ki, mənim işimə qarışır, mənə göstəriş verir” deyərək 7-ci təsnifata uyğun vəzifəyə təyin edirdi. 5-ci təsnifata uyğun vəzifəyə qəbul olunmuş gənc etiraz etdikdə K.Həsənov - “get B.Xəlilova şikayət et, mən səni bu vəzifəyə təyin edirəm” və ya “B.Xəlilov mənim işimə qarışa bilməz, kimi hara təyin etdiyimi mən bilərəm” – deyə meydan oxuyurdu.
Yenidən DQMK–na müraciət edən gənclərə heç bir köməklik göstərilmədi. Biz həmin gənclərin sonrakı karyerasını təhlükə altına atmamaq üçün adlarını açıqlamırıq. Sadəcə bu faktları xatırlatmaqla, Həsənovda qısa müddətdə Prezidentin yanında fəaliyyət göstərən icra orqanının rəhbərini belə saymayacaq dərəcədə özünəarxayınlığın yarandığına diqqəti çəkirik.

Fərhad Əliyevə məxsus hansı müəssisələr əlindən alındı?

987

Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı. Təbii ki, “yuxarıların” tapşırığı ilə… Ancaq öz payını da götürməyi unutmadı.
Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “Azərbaycan Aliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC, “Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu.
Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna” ödənilir.
Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarının adına keçirdi.
Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzi müəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığı Gəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yeri sayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyən müəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isə ləğv edildi.

Məhkəmədə Fərhad Əliyevə salam verdiyinə görə vəzifəsindən azad olundu

1382515107_ferhad_eliyev

Kərəm Həsənovun müavin təyin etdiyi Rafiq Cəlilov da F.Əliyevin vaxtilə onu işdən azad etməsini unutmamışdı. F.Əliyevin məhkəmə prosesi zamanı K.Həsənovun tapşırığı ilə R.Cəlilovun, R.Şahbazovun kabinetlərində komitənin xüsusi seçilmiş əməkdaşları təlimatlandırılırdı. Rafiq Cəlilov məhkəmədə kimin F. Əliyev haqqında nə danışacağını, onun “vəzifəsindən sui istifadə edib” qanunsuz özəlləşdirmə ilə əlaqədar kimə necə təzyiq etməsi ilə bağlı göstərişlər verirdi.
Bəzilərinə proses zamanı F.Əliyevə xüsusi ironiya və kinayə ilə “ay Fərhad” deyə müraciət etməyi, “sənin yerin elə oradır” deyə təhqir etmələrini tapşırırdı.
Məhkəmə prosesində kimin necə ifadə verdiyi zalda əyləşən nümayəndə tərəfindən hər axşam K.Həsənova, həmçinin R.Şahbazova, R.Cəlilova məruzə olunurdu. Hətta şahid kimi məhkəməyə dəvət olunmuş Bakı şəhəri rayon şöbəsinin rəislərindən biri zala daxil olarkən F.Əliyevə salam verdiyinə görə bu üçlüyün qəzəbinə düçar olub, vəzifəsindən azad olundu. Ona rəğbəti olan sahibkarlardan biri məhkəmə prosesində özünü saxlaya bilməyib, F.Əliyevin barmaqlıq arxasında oturmasına acımış, üzünü ona tutaraq “sənə bir il həbs verilməlidir, o da K.Həsənov kimi birisini Əmlak Komitəsinə işə götürdüyünə görə” demişdi…

Kərəm Həsənov oliqarxlara mesaj göndərib: “Mənim sözüm sizdən üstün olacaq!”

Kərəm Həsənov 2010-cu ildə qardaşı, “AZİNKO Holdinq”in rəhbəri Malik Həsənovu Milli Məclisə deputat təyin etdirdi. Bununla da Gülər Əhmədovanın sadaladığı siyahı üzrə kimin kadrı olduğu məlum oldu. Bunu heç gizlətmir də…
Arif Qaraşovdan sonra oliqarxların, imkanlı şəxslərin, iş adamlarının və digər şəxslərin əmlakları barədə bütün məlumatları hakimiyyətin “yuxarısına” ötürdüyünə görə, az qala onlar tərəfindən parçalanmağa hazır olan, müxtəlif tədbirlərdə onun salamını almayan, özlərini görməməzliyə vuran şəxslərə mesaj göndərdi ki, “özünüzü yığışdırın, növbəti 5 ildə mənim sözüm sizdən üstün olacaq”…
Hökumət dəhlizlərində yayılan söz-söhbətə görə, Həsənov bəyan etmişdi ki, 5 il ərzində “ümumi katyol”dan maliyyələşdirilən Çernoqoriyada, Monteneqroda, Bolqarıstanda, Dübayda, Almaniyada, Çexiyada reallaşdırılan, həmçinin respublikada “AZİNKO Holdinq”in həyata keçirdiyi bütün layihələrdə maliyyələşmə və xərclərə nəzarəti ona tapşıracaqlar. Həqiqətən də yuxarıda qeyd olunan ölkələrdə daşınmaz əmlak alınması ilə birbaşa o məşğul oldu. Bununla da özünə qarşı olan gizli və açıq savaşları qismən neytrallaşdıra bildi.

Həsənovun əmlak siyahısında nələr var?

1402642265_emlak-mes

İndi isə qısa da olsa Həsənovun sahib olduğu əmlak barədə məlumat verək. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə Tədbirlər Planı mövzusunda rüblük, yarımillik, illik hesabatlarda, kollegiya iclaslarında odlu-alovlu danışan K.Həsənov görəsən DƏN-ə işə qəbul olunandan sonra aldığı saysız –hesabsız mənzilləri, torpaq sahələrini, obyektləri hansı vəsaitlə əldə edib?

K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin tam olmayan siyahısını oxuculara təqdim edirik:

1. Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.

2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.

3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.

4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.

5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub–şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.

7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri –yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.

8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.

9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.

10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.

11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.

12. Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.

13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. İsmayılov Ramazan İslam oğlunun adına rəsmiləşdirilib.

14. Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.

15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.

16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.

17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.

18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qarajının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)

19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.

20. Nizami rayonu 8-ci km bazarı.

21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.

(ardı var)
Murad Məmmədov
AzPolitika.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar