Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kerri Ermənistana hansı məqsədlə gəlir?


Vəfa Quluzadə: «Qərbin əsas məqsədi Cənubi Qafqazı Rusiyanın dağıdıcı təsiri altından çıxarmaqdır»


Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Con Kerri 2014-cü ilin əvvəlində  Ermənistana səfər edəcək. Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Con Kerri Ermənistan prezidenti Serj Sərkisyana və xarici işlər naziri Edvard Nalbandyana həmin səfəri 2014-cü ildə gerçəkləşdirəcəyini bildirib.

Bir qayda olaraq regionda ABŞ üçün ciddi əhəmiyyət kəsb edən proseslər cərayan edəndə dövlət katibinin müavinləri, yaxud köməkçilərinin səfəri gerçəkləşir. Hazırda Ermənistanla bağlı iki ciddi proses gedir. Bunlardan biri Ermənistanın Avropaya inteqrasiyadan imtina edərək Gömrük Ittifaqını seçməsi, digər məsələ isə Ermənistan-Türkiyə sərhədlərinin açılması mövzusunun gündəmə gəlməsidir. Bu proseslər ABŞ-ın diqqətindən kənarda qala bilməzdi. Dövlət katibinin şəxsən Ermənistana gəlməsi isə bu məsələlərin daha ciddi xarakter almasından xəbər verə bilər. Bəs Con Kerrinin İrəvana səfərinin əsas məqsədi nədir?

PİA.AZ “Azadlıq” qəzetinə istinadən məlumatına görə, politoloq Vəfa Quluzadə hesab edir ki, Qərbin əsas məqsədi Cənubi Qafqazı Rusiyanın dağıdıcı təsiri altından çıxarmaqdır. Regionda Rusiyaya ən yaxın Ermənistandır. Bu səbəbə görə də Kerri Ermənistana gedir: “Ermənistanda danışıqlarda Kerri məsələ qoymalıdır ki, Ermənistan müstəqil dövlət kimi davransın. Ermənistan Azərbaycanla sülhə və Türkiyə ilə də sərhədlərin açılmasında maraqlıdır. Ermənistan burda Rusiyadan soruşmadan siyasi iradəsini ortaya qoymalıdır”.

Ekspertin sözlərinə görə, öz növbəsində Kerri də Ermənistana zəmanət verməlidir ki, erməni rəhbərliyini Rusiyadan qoruyacaq. Onda Kerrinin səfəri uğurlu ola bilər və bu regionda Qərbə doğru dəyişikliklər baş verə bilər. Nə vaxta qədər ki, ermənilər Rusiyaya tabedir, Azərbaycan torpaqlarını Rusiya onların adı altında işğal edib, o vaxta qədər burda heç bir dəyişiklik ola bilməz: “Görünür, Amerika siyasəti artıq hücuma keçib. Ukrayna xalqının Rusiya əleyhinə dirənişinə kömək edir. Cənubi Qafqazda da belə hadisələr görsənir. Ona görə Kerrinin səfəri olduqca əhəmiyyətlidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar