Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəskin devalvasiya olacaqmı?


“Sentyabr ayına qədər manatın kəskin ucuzlaşacağını hesab etmirəm. İyulun ikinci yarısı və avqust aylarında isə manatın nisbətən bahalaşacağı gözlənilir”


Bunu Fins.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. 

Ekspertin sözlərinə görə, son bir həftə ərzində dolların bahalaşmasının əsas səbəbi bankların xarici borc öhdəlikləri ilə bağlıdır: 

“May ayından bəri keçirilən valyuta hərraclarında kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank da iştirak edirdi. İyun ayından sonra isə Mərkəzi Bank hərracda iştirak etmir. Hazırda isə hərracda iştirak edən bankların sayı 30-u ötür və hər dəfə 100% alıcılıq olur”.

“İyulun ortalarında banklar vergi ödəyəcəyinə görə, manata tələbat yaranacaq. Bu səbəbdən iyulun ortalarından sentyabra qədər olan dövrdə manat bir qədər bahalaşacaq.

Dolların məzənnəsinin 1,50-1,65 manat səviyyəsində dəyişəcəyini güman edirəm”, - deyə ekspert əlavə edib. 

Ekspert qeyd edib ki, manatın ucuzlaşması hökumətin davranışından daha çox asılıdır.

Manatın məzənnəsi ilə bağlı qərarı Mərkəzi Bank müəyyənləşdirsə də, son sözü Maliyyə Nazirliyi deyir.

“İlin sonuna kimi neftin qiyməti 30 dollara və daha aşağı düşməsə, üfüqdə manatın kəskin ucuzlaşacağı gözlənilmir”. 

Manatın qiymətinə təsir edən əsas amillər aşağıdakılardır: 

- Neftin qiyməti

- Tədliyyə balansının vəziyyəti

- FED-in uçot dərəcəsi ilə bağlı qərarı

- Ölkədən xaricə kapital axını

- Büdcənin icra vəziyyəti 

Ekspert sonda insanlara uzunmüddətli dövrlər üçün əllərində olan vəsaiti dollarda saxlamağı tövsiyə edir. 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar