Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiçik qrupların davası



Böyük bir məkan çərçivəsində nələrsə alınmayanda, yolunda getməyəndə bu məkanın parçası olan qruplar bir-birini ittiham etməyə başlayır


Baxırsan, problemin gəlişi eyni yerdəndir, amma insanlar ona təsir edə bilmirlər və məcbur qalırlar öz hirslərini, qəzəblərini gücləri çatdıqları qruplara, adamlara yönəltsinlər. Bu həmçinin hər kəsin içindəki savaşma ehtiyacından da yaranır, bu ehtiyac hansısa yolla olur-olsun, ödənməlidir. 

Məsələn, hansısa qrup, tutaq ki, talışlar və ya ləzgilərin bəziləri hesab edir ki, onların düşdüyü ağır iqtisadi, siyasi və ya başqa bir problem sırf dövlətin etnik ayrı-seçkilik siyasəti ilə bağlıdır. Güman edirlər ki, ölkənin çoxluğunu təşkil edən millət onları sevmir. Bəli, ortada bir ayrı-seçkilik var, amma bu etnik xarakterli deyil, imtiyazlı zümrə və xalq ayrı-seçkiliyidir. Çünki hətta Naxçıvanda və Ağstafada yaşayan, etnik mənsubiyyətinə görə türk olan azərbaycanlılar da digərlərindən yaxşı yaşamırlar. 

Qadınlar öz hüquqlarının pozulmasına görə kişiləri ittiham edirlər. Müəyyən qədər həqiqət payı var, Azərbaycanda qadın olmaq asan məsələ deyil. Amma məsələnin təməlindəki əsas səbəb odur ki, Azərbaycanda hansı cinsə mənsub olursan, ol, insan olmaq asan məsələ deyil. Və iki əzilən tərəfdən birinin günahı digərinin üstünə atması heç nəyi dəyişdirmir. Son zamanlar sosial şəbəkələrdə "küçədə bir qadını döyülən görəndə niyə heç kim qarışmır?" deyə tez-tez sual verilir. Hətta buna aid bir qısa film də çəkilib. Lakin əvvəla, Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəs kimisə döyən insandan qorxur. Çünki döyürsə ya dəlidir, ya da döyməyə və arxasında durmağa gücü var. İkincisi, belə hallarla üzləşən təkcə qadınlar deyil. Döyənlərin böyük əksəriyyəti qadınlı-kişili hamını döyür. Yəni sən küçədə bir qadını yox, kişini tutub döyə-döyə aparsan kimsə deməyəcək ki, bunu niyə aparırsan?

Müxalifət daxilindəki anlaşılmazlığın, dava-dalaşın da səbəbi budur. Faciələrimizə, problemlərimizə səbəb olan qüvvə, yəni hökumət bizi iqnora qoyub, saymır. Danışmaq istəyəndə isə ya səsimizi kəsir, ya da özümüzü.

Bu gün axır vaxtlar bütün ölkədə məşhur olmuş sürücü və əlil mübahisəsinə görə ANS-ə dəvət olunmuş videoblogger Mehman Hüseynovun adını unutduğum, geyimindən məmurluq yolunda irəliləməyi hədəf seçmiş bir nəfərlə debatına baxdım. M.Hüseynov hansısa bir siyasi problemdən danışmaq istəyirdi, onda mikrofon söndürülürdü. Bəli, bu kanalın tarixinə biabırçılıq kimi yazılan növbəti aktlardan biri idi, amma bu kanalın indiyə qədər etdiklərinin yanında o qədər də böyük deyildi. 

Bloggerin başına gələnlər isə əslində bizdəki dövlət və xalq əlaqəsini simvolizə edirdi. Bir tərəf mikrofonu kontrol edir və kimsə ona lazım olmayan və ya əleyhinə olan bir söz deyiləndə ən yaxşı halda mikrofonu söndürür. 

Nəticədə kənara çıxması lazım olan enerji geri qayıdır. Hər kəs başlayır günahı bir-birində axtarmağa, bir-biriylə savaşmağa. Çünki normal qaydalara uyğun mübarizə yoxdur, heç kəs siyasətlə doğru-düzgün məşğul deyil. Nəticədə böyük arenada baş tutmalı olan qarşıdurma, rəqabət kiçik müstəviyə keçir.

Bu günlərdə bir polyak tələbə ilə danışırdım. İndiki prezidentlərini bəyənmədiyini və növbəti seçkilərdə ona səs verməyəcəyini dedi. Onu da əlavə etdi ki, namizədlər arasında hələ ki, xoşuna gələn biri yoxdur. Mənim üçün namizədlər arasındakı rəqabət çox maraqlı gəldi. Öyrəndim ki, onlar əsl siyasi mübarizə aparırlar, çox çalışırlar, xalq da istədiyini seçir. Sən ön sıralardakı siyasətçilərin arxasında hər hansı bir rəqabət hiss etmirsən. 

Amma bizdəki kimi məsələ uzananda hər şey dönür olur Qordi düyünü. Fərdlərdən tutmuş kiçik qruplara qədər hər kəs bir-birinin qanını içməyə hazır dayanır.  Savaşmağa başqa adam yoxdursa daxili narazılıqlar başlayır. Bizə məşğuliyyət, iqtidara fürsət olan narazılıqlar... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar