Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kilo ilə “Qarabağ”

“Koroğlu” metrostansiyasının yanındakı “İntihar körpüsü”ndə artıq keşik çəkmək lüzumsuz


Ona görə yox ki, intihar edənlərimiz yoxdur, sadəcə, alternativ yerlər kifayət qədərdir. Yaşamaq üçün alternativlər azalanda, təbii ki, intihar üçün alternativlər axtarılacaq: Nəqliyyat Nazirliyinin yanındakı körpü, xəstəxana binası, evin damı, bankın qarşısı, mətbəxdəki çılçıraq, dəniz, həyətdəki tut ağacı... 

Məncə, bu gün hökumətin birinci işi adamları intihar fikrindən daşındırmaq olmalı. Adamları inandırmaq lazımdır ki, heç nə itirilməyib, həyatın sonu deyil. 38 milyard valyuta ehtiyatı olan ölkənin vətəndaşı ümidsiz olmamalıdır. Kimsə deyə bilər ki, o milyardlardan bizə nə? Yox, o vəsaitlə bu ölkədə çox böyük işlər görmək olar. Özü də təkcə ehtiyat pullarla yox, elə daxili resurslarımızla da... 

Nümunə qulağımıza dibind. İran 30 ildən çox Amerika ilə müharibə vəziyyətində oldu, illərlə sanksiyalara məruz qaldı, pulu dəyərdən düşdü, 70 milyonluq ölkə kasıbladı, ancaq əhali ən çətin anında belə, çıxış yolunu özünə qəsddə axtarmadı. Hətta bizim minlərlə xəstə çarə üçün İran xəstəxanalarına üz tutdu. İranlılar durdular, dözdülər, sabaha inandılar... Budur, sanksiyalar götürülüb, banklardakı milyardlara “yaşıl işıq” yandırılıb, ölkə neft və qaz bazarına meydan oxuyur.  
 
Azərbaycan hələ ki, sanksiya altında deyil. Bizdə “Əsrin müqaviləsi”ni imzalayanda, beynəlxalq korporasiyalar Bakıya cəmləşəndə İran hələ Amerika ilə savaşdaydı. Tehran hələ indi “Total” şirkəti ilə neft sazişi imzalayır, Londona təyyarə reyslərini bərpa edir...
Üstəlik, İran bütün dünyaya açılım elan edib, ölkəyə yatırım qoyulması uğrunda mübarizə gedir. Almaniya şirkəti burada “Mercedes-Benz E-Class”-ın istehsalına başlayıb və yaxın vaxtlarda yük avtomobillərini də satışa çıxaracaq. “Volkswagen”, “Siemens” və digər şirkətlər də qonşu ölkəyə gəlir. 

“NAZ-Lifan”ı xatırladım. Prezidentin çıxışından sonra Naxçıvan maşınlarından çox danışılır. Ancaq əgər ölkənin bircə deputatı belə, indiyədək “NAZ-Lifan” almayıbsa, demək, yerli istehsalımızın keyfiyyətinə inam yoxdur. Biz hələ istehsalımıza inam yarada bilməmişiksə, o halda vətəndaşımız İranda istehsal olunan “Mersedes”ə üstünlük verəcək, şübhəniz olmasın. Ona görə də insanları inandırmaq lazımdır, özü də yalnız sözlə yox, keyfiyyətlə...

Üstəlik, söhbət təkcə özümüzünküləri inandırmaqdan getmir. Ölkəmizin inkişafı üçün bu inamı xaricilərdə də aşılamaq lazımdır. Necə ki, Türkiyə, Gürcüstan inandıra bilib və qeyri-neft ölkəsi olsa da, böyük pullar qazanıb: turizmdən. Bizim də təbiətimiz, dağ-dərəmiz, dənizimiz var, turist gəlmirsə, deməli, günah özümüzdədir. İran qapılarını yeni açıb, əcnəbilər ölkəboyu səpələnib...

Bu yaxınlarda oxudum ki, “Azərbaycansayağı səhər yeməyi” barədə əsasnamə hökumətə təqdim olunacaq. Təsəvvür edirsinizmi, hələ olunacaq? İllərdir turizmin niyə inkişaf etməməsi üzərində baş sındırırıq, ancaq məlum olur ki, “axşam düşüb”, biz hələ əcnəbi turist milli səhər yeməyimizdən belə xəbərsizdir. Hələ indi keçi pendirini menyuya daxil etmək barədə düşünürüksə, bəs, ötən müddətdə nə ilə məşğul olmuşuq? Elə öhdəmizə düşənləri etmədiyimizə görədir ki, erməni bir gün lavaşa yiyə çıxır, o biri gün dolmaya...

Əslində bütün işlər öz axarı ilə getsə, həm mədəniyyətimizi təbliğ edər, həm turizmi inkişaf etdirər, həm vəsait qazanardıq. Bizim bu vəziyyətdən maksimum tez, özü də minimum itkilərlə çıxmağımız lazım. Çünki... pafoslu da çıxsa, bizi Qarabağ gözləyir! Hansısa ölkənin böhranla üzləşməsi elə də ağrı-acı ilə qarşılanmaya bilər. Ancaq ərazisinin beşdə biri işğalda olan Azərbaycanın iraq olsun, iqtisadi bataqlığa düşməsi onun Qarabağa yolunu da illərlə uzada bilər. 

Dilqəm Əsgərov, Şahbaz Quliyev günləri sayır ki, bir gün qapılar taybatay açılacaq və onlar Şuşanın azadlığını elə öz azadlıqları ilə birgə görəcəklər. Demək, biz özümüzə gəlməli, toparlanmalı, daxildəki qayğılarımızı azaltmalıyıq. Bizi yenə də Qarabağ birləşdirə bilər. Bəlkə elə həm də Qarabağa qayıdacağımız günə inamımızın da öləziməsindəndir ki, banka borcumuza görə özümüzə od vururuq. Çünki Qarabağı düşünən vətəndaş odu düşmənin başına ələmək üçün saxlayar, öz başına tökməz!

...Rusiyada, Sibirdə “Qarabağ” konfetinin istehsalına başlanılıb. Kilosu 430 rubla, bizim pulla 8 manat 70 qəpiyə.  Məsələ çox uzandı və Qarabağ başdan-ayağa alver predmeti oldu. İndi də kilo ilə satacaqlar...

Elşad PAŞASOY(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar