Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimlər əfv siyahısında var?..


Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı gözlənilən əfv fərmanı üçün edilən müraciətdə hansı siyasi məhbusların adı var?


"Bizim siyahıda 27 nəfər siyasi məhbus adı var. Digərləri üçün isə qeyd etmişik ki, məhkəmə olsun, buraxsınlar"

Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, siyahıda 27 siyasi məhbusun adı var: “Biz Həm İşçi Qrupun, həm də Monitorinq Qrupunun adından prezident İlham Əliyevə, Ramiz Mehdiyevə və Əfv Komissiyasına müraciət etmişik. Daha çox Monitorinq Qrupunun adından yazılıb. Siyahını təqdim etmişik, biz də sizin kimi gözləyirik.

Bizim siyahıda 27 nəfər siyasi məhbus adı var. Digərləri üçün isə qeyd etmişik ki, məhkəmə olsun, buraxsınlar. Biz siyahımıza 100 nəfərin olduğu siyahıda olan bəzi şəxsləri də salmışıq. Biz burada kriteriyaları Avropa Şurasının siyasi məhbus normalarına uyğun götürmüşük”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, mətbuatda müzakirə olunan “100 nəfərlik siyahı”nın onlara aidiyyəti yoxdur: “Hazırda Əfv Komissiyası işləyir. Gözləyirik, bir neçə gündən sonra əfv fərmanı verilməlidir. Bizim siyahıda əfv ərizəsi yazan, xəstə, cəzasının üçdə birini çəkənlərin adı qeyd olunub. İndi onlardan kimlərin düşəcəyi bəlli deyil. Biz də böyük ümidlə gözləyirik.

Kimlərdir 100 nəfər siyasi məhbus?! Yüz nəfərin bizə aidiyyəti yoxdur. O, Xədicə İsmayılın siyahısıdır. Xədicə İsmayıl özü istintaq altındadır. İşçi Qrup toplananda Xədicə İsmayıl hələ həbs edilməmişdi. Bizim sonuncu iclasımız noyabrda olub, siyahı da onda hazırlanıb”.

Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov və daha bir neçə şəxsin adının siyasi məhbus siyahısına salınmadığını deyib: “Biz İşçi Qrupunun iclasından sonra kimlərin məsələsinə və hansı müstəvidə toxunduğumuzu müəyyən etmişik. İntiqam Əliyev, Leyla Yunus və digər həbs olunanları haqda həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciət etmişik. Çünki onlar haqda məhkəmə hökmü olmadığı üçün əfv müraciətinin müzakirəsinə ehtiyac yox idi. Amma barələrində məhkəmə qərarı olan "Nida"çılar, İlqar Məmmədov, Tofiq Yaqublu, Əli İnsanov və digərləri üçün əfv müraciəti edildi. İntiqam müəllimgilin haqqında məhkəmə qərarı olmadığı üçün adları 27 nəfərin olduğu siyasi məhbus siyahısına salınmadı. Onlar üçün etdiyimiz həbs-qətimkan tədbirin dəyişdirilməsi haqda müraciətimizə cavab gözləyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar