Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimlər gəldi kimlər getdi...


Avropa Oyunlarının başa çatması ilə cəmiyyətdə belə gözləntilər artdı - kadr islahatları nə zaman başlayacaq və kimlər öz postlarını itirəcəklər?


Onu vurğulamaq lazım gəlir ki, mövcud siyasi elitanı tam tərkibdə qorumaq imkansızdır və kadr rotasiyaları qaçılmaz görünür. 

Artıq uzun müddətdir ki, hakimiyyət dəhlizlərinə yeni simalar gətirilir və faktiki olaraq yeni siyasi elita formalaşdırılmaqdadır. Yeni siyasi elita ilə Heydər Əliyev komandasının müqayisəli təhlili onu deməyə əsas verir ki, birincilər ikincilərə bir çox parametrlərinə görə uduzurlar. 

Kifayət qədər maliyyəyə və sosial bazaya malik olan  “köhnə qvardiya” daha sanballı görünür. Elə bu amil postlarını itirmiş və ya itirməkdə olan “köhnə qvardiya” təmsilçilərini revanş götürməyə şirnikləndirir. Ehtimal etmək olar ki, H.Əliyev məktəbinin müdavimləri parlament seçkilərinə qədər ambisiyalarını reallaşdıra bilmək üçün ən radikal addımları atacaqlar.

“Dərin klassik qruplaşma” indiki qruplaşmalarla müqayisədə daha geniş əlaqəyə və nüfuza malikdir.

Bu siyahıda sabiq baş prokuror Eldar Həsənovun adının yenidən hallandırılması da təsadüfü sayıla bilməz. Bu baxımdan, gözlənilən iqtidardaxili savaşın miqyasının da geniş olacağını ehtimal edə bilərik. 

Onu nəzərə almaq lazım gəlir ki, son zamanlar aparılan kadr dəyişiklikləri zamanı “ikinci hakim ailə”nin maraqları daha çox təmin olunub. Hakimiyyətdə olan veteranlar yavaş-yavaş təsir  dairələrini itirməkdədirlər. Lakin situasiyanın qeyri-adiliyi ondan ibarətdir ki, Azərbaycanın siyasi şahmat lövhəsində son dərəcə maraqlı, standartlara sığmayan gedişlər edilməkdədir. Əgər bir neçə il öncə, hakimiyyətdaxili savaşın əsas iştirakçıları kimi “köhnə qvardiya” və “ikinci hakim ailə” təsnif edilirdisə, hazırkı mərhələdə “dərin klassik klan” ilə parlament seçkilərində daha çox mandat əldə etmək istəyən “yenilər” arasında bir centlmen anlaşmasının olduğu nəzərə çarpır. 

Bu baxımdan, aparılacaq kadr dəyişikliyi elə iqtidar dəhlizlərinin özündə yeni müxalifətin və koalisiyanın formalaşdıra biləcəyini ehtiva edir. Prinsip etibarilə, yaranmaqda olan koalisiya kifayət qədər güclü komandanın formalaşa biləcəyinin xəbərçisidir. 

Öncələr də qeyd etmişdik ki, Azərbaycanda yeni maliyyə bölgüsünün qarşısını ala bilməkdən ötrü Qərb siyasi dairələri hazırkı məmur korpusu siyahısında ölkənin növbəti nazirlərini və baş nazirini axtarırlar və bu istiqamətdə danışıqlar getdiyi barədə də məlumatlar dolaşmaqdadır. Həmin fiqurların iqtidarını möhkəmləndirə bilməkdən ötrü, müxalifətin önəmli bir simasının gələcək koalisiyaya qoşulma ehtimalı da müzakirə edilməkdədir. Heç də təsadüfü deyil ki, veteran məmurlardan birinin növbəti baş nazir olacağı və onun radikal müxalifət liderləri ilə koalisiyaya girəcəyi barədə məlumatlar hər iki tərəfə yaxınlığı ilə seçilən şəxslər tərəfindən yayılır. 

Yuxarıda göstərilən “köhnə qvardiya” ilə koalisiya yaratmaq istəyi də “ikinci hakim ailə”yə bunun qarşısını almaq üçün lazımdır. 

Lakin belə siyasi gedişlərin sonu heç də həmişə uğurlu olmur. Hər halda, vəzifəsini itirməklə kifayətlənmək, həbsxanaya düşməkdən daha cəlbedicidir. Yağ-bal içində yaşamağa vərdiş eləmiş “köhnə qvardiya” nümayəndələri üçün radikal addımlar atmaq xeyli dərəcədə risklidir. Odur ki, yeni yaranmaqda olan koalisiya təmsilçiləri, eyni zamanda “dərin klan” nümayəndələri bəyanatlarında ehtiyatlı olmağa üstünlük verirlər...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar