Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimlərin əmanətindən vergi tutulacaq?


Yanvarın birindən etibarən fiziki şəxslərin banklardakı əmanətlərinə hesablanan faiz gəlirlərindən vergi tutulacaq


Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 500 AZN-dən aşağı gəlirlər vergidən azaddır. Hansı məbləğdə olan və hansı faizlə yerləşdirilən əmanətlərdən vergi tutulmayacaq? Bu suallara “Unibank” KB-nin “Məhsulların və Proseslərin inkişafı Departamenti”nin şöbə müdiri Vəfa Zeynalova aydınlıq gətirib. 

- Vəfa xanım, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, əmanətlər üzrə illik faiz gəlirləri 500 manatı ötməyənlər bu vergidən azaddır, onda aydın olur ki, Vergi Məcəlləsinə edilən dəyişiklik əmanətçilərin bir hissəsinə şamil olunmayacaq.

- Qanunvericiliyə görə, vergi tutulmaları yanvarın 1-dən sonra hesablanmış əmanət faizlərinə aid edilir və illik 500 manatadək olan əmanət faizləri vergidən azaddır.Bildiyiniz kimi, mövcud qanunvericiliyə əsasən illik 9%-dək yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Hazırda 9%-dək qoyulan əmanətlər say baxımından banklarda çoxluq təşkil edir. Qorunan əmanətlərin 9% olduğunu nəzərə alaraq toplam məbləği təxminən 5500 AZN məbləğinədək olan depozitlər qanunla vergidən azad edilir. Yəni, banklarda 5500 AZN-dək və 9%-lə yerləşdirilən əmanət sahibləri narahat olmaya bilərlər, çünki onların əmanətlərindən vergi tutulmayacaq. Və yaxud illik 10%-lə yerləşdirilən 5000 AZN-dək əmanətlər də vergidən azaddır.

- Ümumiyyətlə, vergi necə hesablanacaq?

- Məsələn, əmanətçinin bankda illik 9%-lə yerləşdirilən 6000 AZN əmanəti varsa, bu əmanətə illik 540 AZN faiz hesablanır. Əldə olunmuş faiz gəlirinin 500 manatadək olan hissəsinin vergidən azad olunduğunu nəzərə alsaq, 540-500=40 AZN məbləğindən 40*10%=4 AZN həcmində vergi tutulur. Digər bir misal çəkək: 10000 AZN məbləğində depozitin illik 9%-lə yerləşdirildiyini nəzərə alsaq, depozitdən 900 AZN faiz gəliri əldə olunur. Həmin gəlirin 500 manatadək olan hissəsinin vergidən azad olunduğundan, 900-500=400 AZN məbləğindən 400*10%=40 AZN həcmində vergi tutulur.

- Əgər müştərinin bankda bir neçə depozit hesabı varsa, o halda vergi necə hesablanır?

- Həmin müştərinin bütün depozit hesabları üzrə gəlirlər cəmlənir və ümumi gəlirlərdən 500 manat çıxıldıqdan sonra qalan məbləğdən vergi tutulur. Əgər müştərinin başqa banklarda da depoziti varsa, digər banklar üzrə vergi ayrıca hesablanır.

- Vergi Məcəlləsinə dəyişikliklə bağlı müzakirələrin getdiyi ilk vaxtlarda bu məsələ əhali arasında bir qədər çaşqınlıq yaratdı və bankda əmanəti olan bir çox insanlar banklara müraciət edərək əmanətlərini çıxarmaq istədilər. Unibank-a belə müraciətlər oldumu?

- Bəli, müzakirələrin ilk vaxtlarında Unibank-a da əmanət sahibləri tərəfindən müraciətlər oldu. Çox insanlar elə başa düşmüşdülər ki, əmanətə hesablanan bütün faizlər vergiyə cəlb olunur. Müştərilərə vergitutma mexanizmi izah edildikdən sonra, vəziyyət onlara aydın oldu və əmanətlərini bankdan geri götürmək qərarlarını dəyişdilər.

- Unibankda bu gün hansı əmanət növləri mövcuddur? Bank əmanətçiləri üçün hansı stimullaşdırıcı tədbirləri görür?

- Hazırda Unibank-da Müddətli, Proqressiv və Yığım növü olan əmanətlər mövcuddur.

Müddətli depozitinin şərtlərinə əsasən ən azı 500 AZN/USD/EUR həcmində vəsait yerləşdirib aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq pulsuz Visa və ya Mastercard kartları təqdim olunur.Müştəri əmanətinin sığortalanmasını istəyərsə, Müddətli əmanət növü üzrə illik gəlirliliyi 9% olan əmanət qoyuluşu həyata keçirə bilər.

Proqressiv depozitinin şərtlərinə əsasən müştəri əmanəti istənilən vaxtda götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun hesablanan faizləri əldə edə bilər.

Yığım depozitinin şərtlərinə uyğun olaraq müştəri əmanətini hər ay artıqmaqla 2% əlavə bonus əldə edə bilər.

Əlavə olaraq qeyd edim ki, bütün depozitlərin 90%-i həcmində əmanət təminatlı kredit də verilir.

Unibank davamlı olaraq öz müştəriləri üçün maraqlı kampaniyalar həyata keçirir, depozit faizlərində dəyişikliklər edilir. Depozit qoyuluşu ilə bağlı müxtəlif uduşlu lotereyalar, hədiyyəli kampaniyalar təşkil edilir. Bu aksiyalar bundan sonra da davam edəcək.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar