Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kinomuzun ən gözəl aktrisası kimdir ?


1937.az tanınmışlara “Azərbaycan kinosunda ən bəyəndiyiniz aktrisa kimdir?” sualı ilə müraciət edib.PİA.AZ həmin sorğunu oxucularına təqdim eir:


Fikrət Qoca: “Bizim gözəl aktrisalarımız var idi. İndi aktrisa gözə dəymir deyə adam da adlarını çəkməyə xəsislik edir. Bilmirəm, bu peşəkar aktrisa çatışmazlığının səbəbi nədir, amma bu, məni çox üzür. Ən bəyəndiyim aktrisa Leyla Bədirbəylidir. Bundan başqa, Hökümə Qurbanova, Nəsibə Zeynalova da gözəl aktrisalarımız idi”.

 

 

 

 

 

Arif Quliyev: “Mən bütün aktrisalarımızı bəyənirəm. Amma ən çox bəyəndiyim Hökümə Qurbanovadır”.


 

 

 

 

 

Rüstəm Kamal: Azərbaycan kino tarixində ən bəyəndiyim aktrisa Nəcibə Məlikovadır. Film var ki, süjeti mənə yaxındır.

Film də var, aktyor heyətinə görə xoşuma gəlir. Bəzi ekran əsərlərimizin süjeti çox bəsitdir, ancaq ordakı pozitivlik məni çox çəkir”.

 

 

 

 

 

 

 

Əlisəmid Kür: “Səfura İbrahimova, Leyla Bədirbəyli”.



 

 

 

 

 

 

 

Əyyub Qiyas: “Leyla Şıxlinskaya. Onu uzun illər sevmişəm”.



 

 

 

 

 


 

İlqar Cahangir: “Şəfiqə Məmmədova, Səfurə İbrahimova”.



 

 

 

 

 

 

 

 

 

Etimad Başkeçid: “Barat Şəkinskaya. Dahi aktrisa idi. Azərbaycan qadınının həm müsbət, həm də çarəsiz, yazıq tərəflərini çox aydın göstərə bilirdi. Ümumiyyətlə,  “O olmasın, bu olsun”  bizim mentalitetimizi çox gözəl ifadə edir. Buradakı ironiya, satira və bədiilik bütün zamanlar üçün keçərlidir.  Bu filmdə mükəmməl aktyor ansamblı toplanıb. Elə bil ki, hər biri mozaikanın bir hissəsidir. Təəssüf ki, indi belə filmlər çəkə bilmirik”.

 

 

 

 

 

 

Əsəd Cahangir: “Leyla Şıxlinskaya”.



 

 

 

 

 

 

Cavanşir Yusifli: “Zərnigar Ağakişiyeva”.



 

 

 

 

 

 

Yazıçı Firuz Mustafa:  “Həmidə Ömərova”.



 

 

 

 

 

 

 

 

 

 

 

 

Azəryar Vaqif: “Şəfiqə Məmmədova”



 

 

 

 

 

 

 

 

 

 

 

Aktyor Kamran Yunis:  “Şəfiqə Məmmədova və Zərnigar Ağakişiyeva”.



 

 

 

 

 

 

 

 

 

Rasim Cəfər:  “Şəfiqə Məmmədova, Şükufə Yusupova,  Leyla Şıxlinskaya”.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şair İlqar Fəhmi: “Ən bəyəndiyim aktrisa Şükufə Yusupovadır. Onun özünəməxsus koloriti var. 

Elastikası, aktrisalıq qabiliyyəti unikal bir şeydir ki, bu, başqa heç kimdə yoxdur”.

 

 

 

 

 

 

 

 

 

 

 

Nəvai Mətin: “Ciddi rollarda deyə bilmərəm. Amma ən xoşuma gələn aktrisa Nəsibə Zeynalova idi. Çoxları artist idi, o isə, əsl aktrisa”.



 

 

 

 

 

 

 

 

 

 

 

 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar