Kipr prezidenti Ərdoğanın verdiyi ziyafətə qatılmayıb
Yunan Kiprinin prezidenti Nikos Anastasiadis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya liderləri üçün verdiyi ziyafətə qatılmaqdan imtina edib.
Avropa.info xəbər verir ki, İstanbulda keçirilən Dünya insan haqları sammitində iştirak edən Nikos Anastasiadis Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncının bu ziyafətdə iştirak etməsinə etiraz olaraq bu addımı atıb.
Qeyd edək ki, ziyafət Dolmabaxğa sarayında verilib.
pia.az