Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiş körpüsünü yenə də sel aparıb


Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib


Publika.az Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb.
 
Kiş çayının üzərində yerləşən və Kiş kəndini mavi yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə mavi yanacağın verilişi dayandırılıb.
 
Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb. Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb.
 
Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə də ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xətlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb.
 
Kiş kəndinin əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyəti qurumlar hadisə baş verən əraziyə baxış keçirib. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
 
Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar