Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kitab oxumaq niyə vacibdir?


Yəqin bir çoxumuz olduqca məşğul insanlarıq


Boş vaxtımızı isə daha çox televizor və ya kompüter arxasında keçirə bilirik. Bəs mütaliə necə, buna vaxt ayıra bilirikmi? Ümumiyyətlə mütaliənin faydası nədir?

PİA.AZ Kulis.Az-a istinadən oxumağın faydaları haqqında faktları təqdim edir.
 

Düşünmə qabiliyyəti
 
Mütaliənin ən vacib amillərdən biri, onun düşünmə qabiliyyətinə təsiridir. Mütaliə zamanı insanın düşüncəsi çox yaxşı inkişaf edir, xüsusilə əgər siz hər gün oxuyursunuzsa. Mütaliə niyə düşünmə qabiliyyətini inkişaf etdirir? Yəqin, ona görə ki, mütaliə vaxtı biz əsasən əsərin ideyasını anlamağa çalışaraq həddindən artıq düşünürük.
  

Stress
 
Mütaliə şübhəsiz ki, adamı stressdən azad edir. Bu müasir dünyada xüsusilə əhəmiyyətlidir. Çünki insanların bir çoxu stressdən əziyyət çəkir. "Fantastika" janrı yuxudan əvvəl sakitləşməyə xüsusilə kömək edir.
 

 
Söz ehtiyatı
 
Kitab oxumaq insanın söz ehtiyatının inkişaf etdirir, artırır. Xüsusilə əgər siz müxtəlif janrlarda kitablar oxuyursunuzsa bu daha sürətlə baş verir. Axı kitablarda rast gəldiyimiz sözlərə, söz birləşmələrinə gündəlik həyatımızda rast gəlmirik.
 

Beyni müdafiə edir
 
Mütaliə bizim beynimizi müdafiə edir. Onu müxtəlif xəstəliklərdən qoruyur. Çünki oxuma zamanı onun fəallığı daha da yüksəlir, bu da onun vəziyyətinə çox yaxşı təsir edir.
 

Əminlik
 
Kitab oxumaq adamı özünə əmin edir. Söhbət zamanı kitab oxumuş adam öz biliklərini nümayiş etdirməyə çalışır, bu zaman onun özünə əminliyi daha da artır. Bu ətraf mühitin də səni tanımasına, hörmət etməsinə şərait yaradır ki, adamın özünə münasibətinə kəskin təsir edir.
 

Yaradıcılıq
 
Kitab oxumağın daha bir faydası yaradıcılıq qabiliyyətini artırmasıdır. Yaradıcı insanlar bu qədər çox ideyanı hardan əldə edirlər? Əlbəttə kitablardan. Kitabı oxuyaraq siz bir çox faydalı məlumatı mənimsəyə, daha sonra onu yeri gəldikcə tətbiq edə bilərsiz.
 

Yuxunun yaxşılaşması
 
Əgər siz hər gün yatmamışdan əvvəl kitab oxusanız, onda sizin beyniniz və orqanizminiz buna öyrəşəcək. Bundan sonra mütaliə yuxudan əvvəl onlar üçün siqnal olacaq ki, yatmaq vaxtıdır. Beləliklə siz daha yaxşı yatacaq və səhərlər özünü gümrah hiss edəcəksiniz.
 

 Yaddaş, məntiq
 
Kitablar yalnız düşünmə qabiliyyətini deyil, yaddaş və məntiqi də inkişaf etdirir. Mütaliə zamanı biz çox maraqlı məlumatı yadda saxlayırıq. Bundan başqa kitabın növbəti səhifələrimizi beynimizdə analiz edirik.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar