Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kitabxana və məscid


FAKT

“Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur”. - Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov

ŞƏRH

İslam dinində yenilənməsi gərəkən önəmli məsələlərdən biri də məscid anlayışıdır. Məscid sözünün mənası ərəb dilində “təzim yeri” deməkdir, əsas funksiyası müsəlmanların birgə və fərdi şəkildə Allaha ibadət etmələri üçün nəzərdə tutulmuş yerdir. Məscidlər Məkkə istiqamətində tikilir, günbəzli və minarəli bina üslubundadır. Tarixən məscidlərdə ibadət, moizələrlə yanaşı dini təhsil də verilib, həmçinin dini bayramların, yas, nikah mərasimlərinin keçirilməsi kimi funksiyaları da yerinə yetirib. 

İlk məscidlər sadə tikililərdən ibarət olsa da, hazırda dünyada göz oxşayan böyük məscidlər fəaliyyət göstərir. Dünyadakı məscidlərdən yalnız İstanbulda Sultan Əhməd camesini gördüyüm üçün ölkədəki məscidlərin durumundan yazmaq daha asandır. 

Azərbaycanda Naxçıvan və işğal olunmuş rayonlar istisna olmaqla 1834 məscid fəaliyyət göstərir. Bu rəqəm Sovet dönəmində 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. 2003-2013-cü illər ərzində isə 216 məsciddə inşa və  əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.

Yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə dindarların rahat ibadəti üçün kifayət qədər iş görülüb, Təzəpir, Bibiheybət kimi iri məscidlər fəaliyyətə başlayıb. Hazırda isə 9-cu mikrorayon ərazisində Qafqazın ən böyük məscidlərindən biri tikilir. Amma bu qədər tikili sadəcə ibadət və yas işləri üçünmü olmalıdır? Əgər məscidlərin forması, dəbdəbəsi ilkin məscidlərdən yerlə-göy qədər fərqlənirsə, məscidlərin funksiyasında da dəyişikliklər olmalı deyilmi? 

Amerikada olarkən, görüş keçirəcəyimiz QHT-lərdən biri müvəqqəti olaraq öz işini kilsələrdən birinin içində həyata keçirirdi. Kilsənin ibadət yeri ilə üzbəüz olan iri otaqda biz sosial şəbəkələr, icma qonşuluğu kimi məsələləri müzakirə etdik. Uzağa getmədən, elə Bakıdakı Məryəm Ana katolik kilsəsinin futbol oynamaq üçün stadionu var. 

Bu baxımdan Oqtay Səmədov haqlıdır ki, məscidlər həmçinin kitabxana funksiyası rolunu oynaya bilər. Adətən, məscidlərimizdə müəyyən yerdə rəflər olur ki, orada əsasən Qurani-Kərim və digər dini kitablar qoyulur. 

Amma o cür kiçik rəflərdənsə, məscidlərdə xüsusi otaq ayrılıb ibadətə gələn gənclər üçün əsasən elmi, tarixi, fəlsəfi kitablar qoymaq lazımdır. Hansı ki, bu zaman ibadətin mahiyyəti doqmalar üzərində qurulmaz.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar