Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klara Setkin 18 yaşlı oğlana necə ərə gedib?


Roza Lüksemburq isə Klara Setkinin oğlunun məşuqəsi imiş


8 Mart qadınlar bayramını tarixə saldıran Klara Setkin və Roza Lüksemburqun əslində şəxsi həyatları necə olub? İndi dünya qadınları onları yaxşı tanıyır, xatirələrini əziz tuturlar. Məhz bu iki qadının hesabına dünyanın zərif nümayəndələri ildə bir gün xoşbəxliyin dadını çıxarırlar. Məhz həmin rəfiqələr qadın azadlığı uğrunda mübarizə aparıblar. Hələ sovet illərində qızlar onları özlərinə kumir seçər, onlara oxşamağa çalışardılar. Xatirə dəftərlərində isə “Klara və Roza kimi mətanətli olmaq istəyirəm” tipli cümlələr çox sərgilənərdi. Amma onların şəxsi həyatları barədə bircə cümləyə də rast gəlməzdin.   8 mart qadınlar bayramının yaradıcıları olan bu xanımların şəxsi həyatını təqdim edirik: 
 
Klara Setkin və Roza Lüksemburq
 
Leypsiq qadın gimnaziyasının məzunu, 18 yaşlı Klara Ayssner tezliklə müəllimlik fəaliyyətinə başlayır. Müəllimləri bu işdə ona çox ümid bəsləyirlər. O, dərs aldığı bütün pedaqoqlarının ümidini doğruldur. Neçə aydan sonra gənc müəllimə Sosial-demokrat Partiyasının sıralarına daxil olur. Valideynləri bu xəbəri eşidəndən sonra ona evdən çıxmamaq əmri versələr də, qız ruhdan düşmür. Evdən çıxıb partiya toplantılarına qatılmağı bacarır. Klara həm də Odessadan olan siyasi mühacir Osip Setkinin bərabərlik və qardaşlıq nitqlərindən ayrıla bilmirdi. Osip əvvəlcə bu qızı partiyanın bir üzvü kimi qəbul edirdi. Amma sonra anlayanda ki, Klara özündən 4 yaş böyük oğlana vurulub, onunla ciddi söhbət etmək qərarına gəlir. Gənc oğlan heç də gözəl olmayan Klaraya anlatmağa çalışır ki, “biz burda ideyalarımız uğrunda mübarizə aparırıq, daha məhəbbət dastanı yaratmaq üçün toplaşmırıq”. Ancaq Klara öz istədiyinə nail olur. 1880-ci ildə Osipi Almaniyadan sürgün edirlər. O, Fransaya gedir. Klara isə Avstriya və İçveçrədə partiyanın tapşırıqlarını yerinə yetirməyə başlayır. Hələ gimnaziyada oxuyarkən “kobud” adı alan Klara, istəklisinin yanına – Fransaya getmək istəsə də, icazə vermirlər. Nəhayət, öz arzusuna iki ildən sonra çatır. O, Fransada Osipi axtarıb tapır, onun “Setkin” soyadını götürür. Ancaq onların nikahı rəsmi şəkildə qeydiyyata alınmır. Çünki Osip rəsmi nikaha icazə vermir.
 
Odessalı mühacir özünə çətinliklə iş tapır, az məvaciblə dolanır. Ancaq bütün bunlar Klaranı qorxutmur. Qeyri-rəsmi evlilik müddətində Klara iki oğlunu – Maksim və Kostyanı dünyaya gətirir. Ailənin ac qalmaması üçün 3 yerdə işləyir, əksər hallarda partiyanın tapşırıqlarını yerinə yetirə bilmir. Bütün gücü ilə çalışır ki, oğlanları ac qalmasın. Əri Osip vərəm xəstəliyindən öləndə onun 32 yaşı olub. Amma 45 yaşlı qadına bənzəyirmiş. Həyat bu illər ərzində ona çox iztirablar yaşatmışdı.
 
Klara Setkinin özündən 18 yaş kiçik olan həyat yoldaşı
 
Ərinin ölümündən sonra Klara uşaqlarını götürüb Almaniyaya qayıdır. Ştutqart şəhərinə gələrək alman fəhlə hərəkatının “Bərabərlik” qəzetinin məsul katibi vəzifəsinə işə düzəlir. Qəzetin büdcəsi ştata rəssam götürülməsinə imkan vermirdi. Klara Rəssamlıq Akademiyasına gedir və tələbələrə müvəqqəti iş təklif edir. Elə burada o, 18 yaşlı rəssam Georq Fridrix Sundellə tanış olur. 35 yaşlı qadın bu oğlana qarşı sevgi duyur. Onun sevgisi cavabsız qalmır. Belə ki, oğlan da onu sevdiyini gizlətmir. Deyilənə görə Georq Sundel işə düzəlmək üçün yalançı sevgi oyunu oynayıb. Hər halda bunlar söz-söhbət olaraq qalır, həm də 35 yaşlı Klara aldadıldığını duymamış olmazdı. Ən azından həyat təcrübəsi çox idi. Beləliklə, Georq özündən 18 yaş böyük olan qadınla evlənir. İkisinin də sabit məvacibi olduğundan ailəni dolandırmaq heç də çətinlik yaratmır. Onlar dəbdəbəli evə köçürlər. Həm də yaşadıqları dairədə ilk sakinlər olublar ki, şəxsi avtomobilləri varmış. Ailə həyatı yaxşı sürürdü. Əgər 20 ildən sonra Georq ayrılmaq qərarına gəlməsəydi. O, hazırda bütün dünyada məişət texnikası istehsalı üzrə şirkətin əsasını qoyan sahibkarın qızı Paula Boşa vurulur. Boş ailəsi əvvəllər onların qonşuluğunda yaşayıblar. Bura gələndə Georq və Klara ilə dostluq münasibətləri saxlayardılar. Rəssam Georq gənc Paula ilə evlənməyə çalışsa da, Klara onu heç hara buraxmaq istəmirdi. Düzdür, anlayırdı ki, 40 yaşlı kişi 58 yaşlı qadına marağını itirib, amma yenə də ona yalvarıb-yaxarırdı. Bütün bunlara baxmayaraq, Georq evdən gedir.
 
Tarixçilər yazırlar ki, bir dəfə Klara Setkinlə Leninin məxfi görüşü olub. Lenin onun qadınlar arasında Freydin fikirlərini yaymasına gülərək deyib ki, “biz iyrənc kapitalizm üzərində qələbə çalmalıyıq, siz isə intim məsələləri açıb-ağardırsınız”. Klara isə ona bildirib ki, “sizin fikirləriniz köhnəlib, indi qadınlar bu günə qədər gizli qalan məsələləri bilməlidirlər. Axı onlar qadındır”.
 
Bəs 8 Martın təşkilatçılarından biri olan Roza Lüksemburq kim idi? Roza  Polşa yəhudisi idi. Ailənin beşinci, həm də çox zəif uşağı olduğundan hamın ona yazığı gələrdi. Kələ-kötür bədən quruluşlu, boyu balaca olan Rozanın bu həyatda bir arzusu olub: rəsmi ailə həyatı. O, Klara Setkinlə tanış olandan sonra partiya sırlarına qoşulur. 19 yaşında isə litvalı mühacir Leo Yoqixeslə tanış olur. Bu yaraşıqlı oğlan Almaniyada sosializm ideyalarını yayırdı. Az sonra Roza ona vurulur. O, partiyanı bu oğlana görə atmağa da hazır idi ki, təki ona ərə getsin. Leo isə ona anladır ki, nikah bağlamaq köhnəliyin əlamətdiri. O, azad sevgiyə üstünlük verir. Əslində, bu sevgi məcarası gənc lideri az maraqlandırırdı. Onun kifayət qədər qadın pərəstişkarları vardı. Onlar tez-tez görüşməyə başlayırlar. Yalnız 16 ildən sonra Roza anlayır ki, Leo onunla rəsmi nikah bağlamayacaq. Qadın litvalı mühacirdən əl çəkir. Roza Lüksemburq dəfələrlə həbsxanaya salınıb. Bir dəfə onu müdafiə edən vəkili görəndə isə ağlı başından çxır. Paul Levi ondan 12 yaş kiçik olsa da, sevgiləri alınır. Əlbəttə ki, burda söhbət azad sevgidən gedir. Roza dəfələrlə ona rəsmi nikah bağlamağa görə yalvarsa da, Paul buna getmir.
 
Roza Lüksemburqun sevgililəri
 
Rozanın sonuncu məhəbbəti isə Klara Setkinin oğlu Kostya ilə olur. Rəfiqə digər rəfiqənin oğlunun məşuqəsinə çevrilir. 22 yaşlı Kostyanın 36 yaşlı Roza ilə “gəzməsi”ni anası Klara da bilirmiş. Hətta evdə olarkən onların digər otaqda sevişmələrinə də göz yumub. Nəhayət, Roza Kostyaya rəsmi nikaha girməyi təklif edir. Kostya “rəsmi nikah” sözünü eşidəndən sonra əlaqəni kəsməyi qərara alır. Maraqlıdır ki, Klara Setkin bu məsələdə rəfiqəsinin tərəfini saxlayır. Oğluna Roza ilə evlənməsini təklif edir. Kostya isə bu fikirlə heç cür razılşamır. Bundan sonra Roza Lüksemburq başa düşür ki, rəsmi nikaha girib uşaq dünyaya gətirməsi, siyasəti atıb evdar qadın olması onun taleyinə yazılmayıb. Bütün bunlardan sonra daha heç bir kişiyə yaxınlaşmır, özünü siyasətə həsr edir.(analitik.az)

Azər QİSMƏT
pia.az


 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar