Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçkünlər ev tələbi ilə etiraz aksiyası keçirdi


Məcburi köçkünlər bu gün Mingəçevirdə etiraz aksiyası keçiriblər


Bu barədə virtualaz.org saytına Mingəçevir Valideynlər Assosiasiyası İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva məlumat verib.

Y.Nəbiyevanın sözlərinə görə, Mingəçevirdə Kür çayının üstündən keçən körpüdə nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılıb. Köçkünlər onlara ev verilməsini tələb ediblər: “I Avropa Oyunlarının su-avarçəkmə ilə bağlı hissəsinin Mingəçevirdə keçirilməsi üçün  Olimpiya kəndi salınmışdı. Oyunlardan sonra həmin evlərin məcburi köçkünlərə paylanması gözlənilirdi. Lakin say etibarilə bunun bütün köçkünlərə verilməsi mümkün deyil. Həmin evlərdə mənzil almaq istəyən köçkünlər isə körpüdə nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstərdilər. Piket polislərin müdaxiləsi ilə dağıdılıb”.

Mingəçevir Şəhər Polis Şöbəsindən xəbəri təsdiqlədilər: “Məcburi köçkün olan qadınlar toplanaraq ev almaq istədiklərini söylədilər. Biz isə onların istəkləri ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə məlumat verdik. Bildirdik ki, polis ev vermir, evi “Qaçqınkom” verir, həmin ev də köçkünlər üçün tikilib, vaxtı çatanda komitə o mənzilləri paylayacaq. Qadınlar da bizi başa düşdülər və dağılışdılar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar