Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə Məhərrəmliyə hazırlaşır


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Komitə sədrinin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər


Komitədən verilən məlumata görə, müşavirədə çıxış edən Komitə sədri Mübariz Qurbanlı ölkədəki dini durum, Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. 

O, qeyd edib ki, Qanunda edilən dəyişiklik Dövlət Komitəsinə əlavə səlahiyyətlər verilməsi ilə yanaşı məsuliyyətini də artırır. Eyni zamanda göstərilib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və Dövlət Komitəsi bu fəaliyyətini ardıcıl olaraq davam etdirilməlidir.

Müşavirədə Məhərrəm ayının başlanması münasibətilə qəbul edilən tədbirlər planı haqqında Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ətraflı məlumat verərək bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək.

Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar