Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədrinin adı 230 min manatlıq torpaq qalmaqalında hallanır – TƏFSİLAT


Mübariz Vəliyevin 8 aylıq sənəd verib-ləğv etmə əməliyyatının arxasında nə dayanır?


Bir qrup Bakı sakini PIA.AZ-a müraciət edib. Onların bildirdiyinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb getdiyi barədə müvafiq qurumlara çoxsaylı şikayət məktubları göndərilməkdədir. 

Bu qurumun   rəhbəri Mübariz Vəliyevin yarıtmaz fəaliyyətinə dair onlarla fakt ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub. Bu faktların əsasında isə ilk növbədə M.Vəliyevin rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur.

Mübariz Vəliyev hazırda Abşeronda narazılıq obyektlərindən birinə çevrilib. Narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Belə ki, Mübariz Vəliyev və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər rayon sakinlərinə icarəyə verilməsinə şərait yaradırlar.

Dəfələrlə barəsində  Baş Prokurorluğa müraciət edilən M.Vəliyevlə bağlı iddialara əhəmiyyət verilməyib. Əks halda M.Vəliyev bu gün də tutduğu vəzifədə qalmaqla öz qanunsuz əməllərinə davam edə bilməzdi.

Bu şəxsin bu qədər özbaşınalığı təkbaşına etməsi imkansızdır. Yəni, arxası olduğu üçün 8 ay öncə özünün verdiyi əmri ləğv edərək, 230 min manat pulun arxasından keçib. Aldığımız məlumata görə, Abşeron ərazisində 6 hektar ərazi üçün üç şərikdən toplan 230 min manat pul alaraq, o torpağı bu şəxslərin adına sənədləşdirib. Lakin üzərindən 8 ay keçdikdən sonra öz imzaladığı sənədi ləğv edib. O, bunu müxtəlif bəhanələrlə izah etsə də, pulu geri qaytarmaqdan imtina edib. Səbəb kimi isə o pulun Respublika Prokurorluğunun İdarə rəislərindən birinə çatdırıldığını göstərib.  Eyni zamanda qeyd edib ki, 230 min manatdan başqa həmin idarə rəisi bir başqasına da 800 min manat “atıb”. Həmin şəxslər dəfələrlə bu barədə görüşsələr də, o pulu geri qaytarmır.

Eyni zamanda qeyd olunur ki, Mübariz Vəliyev və hamisi olan idarə rəisi aldatdıqları adamlarla görüşlərdə Torpaq və Xəritəçəkmə Komitəsinin  sədri Qərib Məmmədovun adını hallandırırlar. Bu pulların həmin komitənin mühüm şəxsləri vasitəsilə sədrə çatdırıldığını iddia edirlər.

Pulu batan vətəndaşlar iki idarə arasında qalsa da, Mübariz Vəliyev hələ də o pulu geri vermək istəmir. Onunla əlaqədar şikayətlərin nəticəsiz qalması isə göstərir ki, onun korrupsiya əməllərinə ortaq olanlar və onlar onu qoruyurlar. Ancaq sənədlər və daşdan keçən faktlar ortaya çıxdıqdan sonra Mübariz Vəliyevi kim qoruya biləcək?…

P.S. Bu gün redaksiyamızla əlaqə saxlayan Qurbanov Sahib Kamal oğlu yazıda adı çəkilən Respublika Prokurorluğunun İdarə rəisini yaxşı tanıdığını bildirdi. S.Qurbanov bildirdi ki, yazıda adı çəkilən idarə rəisi Ramin Məcidovdur: “Mübariz Vəliyevin ortağı bu şəxsdir. Həmin şəxs məni aldadaraq, dövlət rüsumu kifayət qədər az olan xırda bir iş üçün 100 min manat pulumu alıb. Biz sonra araşdıraraq, həmin işin dövlət rüsumunun dəfələrlə az olduğunu özünə bildirərək, pulumuzu geri istəsək də, həmin şəxs bundan imtina edib. Bizim əlimizdə bu barədə onlarla fakt var və etdiyimiz şikayətlər fayda verməsə, biz bu şikayətləri mətbuata açıqlayacağıq”.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq 

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar