Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədrinin nəvələrinin «şahənşah» həyatı-Foto/Video


Əli Həsənovun 3091 manat maaşla 1 milyon manatlıq avtomobilləri necə alması kifayət qədər maraqlıdır


Bir müddət əvvəl dövlət başçısı müşavirələrdən birində bəyan etmişdi ki, məmurlar dəbdəbəli həyatdan əl çəkməli, xalqa xidmət etməlidirlər. JPrezident İlham Əliyev həmçinin bəyan etmişdi ki, əgər bu barədə məlumatı olarsa, həmin məmuru işdən çıxararaq, cəzalandıracaq. 

Qeyd edək ki, indiyə qədər övladı və ya özü özbaşınalıq etmiş bir neçə məmur işdən çıxarılıb. Dəbdəbə içində yaşayan məmurların bundan nəticə çıxarmaması isə xeyli təəccüblüdür. Dövlət başçısının təlimatları və tapşırıqlarına məhəl qoymayanlar arasında Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da var. 

Həsənovun haqqında dolaşan söhbətlərdən belə anlaşılır ki, komitə sədri qaçqınların dərdinə «yandığı» ərəfədə, özünə və nəvələrinə də «gün ağlayıb». Bu zaman onun özünün Sumqayıtda hər blokda mənzili olduğuna dair iddialar var. Daha doğrusu, şəhər camaatı öz aralarında bunu artıq lətifəyə belə çevirib. 

Qeyd edilir ki, komitə sədrinin nəvələrinə məxsus avtomobillər heç də ucuz hesab edilmir. Onların arasında 150 min dollarlıq «Gallenvagen» maşınından tutmuş, «Porşe» və digər bahalı maşınlar da var. Təxmini hesablamalara görə, Bayılda yerləşən Rafael ustanın sexinə təmirə gələn bu maşınların dəyəri 1 milyon manata yaxındır. 

Maraqlıdır ki, Əli Həsənovun aldığı əmək haqqı toplam 3906 manatdır. Bu maaşın 2031 manatı baş nazirin müavini kimi ona verilir. 1875 manatı isə komitə sədri kimi ödənilir. İndi bu qədər maaşla miylon manatla ölçülən avtomobilləri necə almağın mümkün olduğu kifayət qədər maraq doğurur. 

Bu əsnada, yayılmış bir videoda ilginc bir məqamdan bəhs olunur. Məlum olur ki, Əli Həsənovun nəvələri qatar kimi bir-birinin ardına düzərək, onların görüntüyə alıblar. Və bununla fəxr duyduqlarını nümayiş etdiriblər. 

Xatırladaq ki, bu barədə bir müddət əvvəl ölkə mətbuatında geniş məlumat yayılmışdı. Qarşı tərəfi də dinləməyə hazırıq.(jam.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar