Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır?


Tarixə “Qara şənbə” kimi düşəcək 21 fevral 2015-ci il tarixində Mərkəzi Bankın qərarı ilə manatın dollar və avro da daxil olmaqla bir çox valyutalara nisbətən kəskin ucuzlaşdırılması banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi məsələsini aktuallaşdırıb


Götürülən borcun kredit götürülən zaman mövcud olmuş məzənnə ilə, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə olunur.

“Marja.az” xəbər verir ki, “CLC” hüquq şirkətinin rəhbəri Pərviz Məmmədov bu münasibətlərin Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimləndiyini bildirib. O, qeyd edib ki, əgər, müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmamışdırsa, borc, kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Yox, müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki, borc yeni məzənnə ilə icra edilməlidir”.

Hüquqşünas deyib ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir: “Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Bizim müşahidələrimizə görə, xeyli müddətdir dollar/manat məzənnəsi sabit qaldığından banklar kredit müqavilələrində belə bir maddə nəzərdə tutmurdular. Yəni, əhali və şirkətlər xarici valyutada, o cümlədən dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat (83 dollar- red.) ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir”.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, avronunku isə 1.1950 AZN səviyyəsində müəyyən edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar