Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit oliqarxlarının bir qisminin işi ağırlaşır, bir qismi azadlığa çıxır


İstintaq Beynəlxalq Bank işi üzrə həbs edilmiş sahibkarların və oliqarxların bəzilərinə əlavə maddələr üzrə ittiham elan etməyə hazırlaşır


Virtualaz.org bu barədə istintaqa yaxın mənbələrdən məlumat əldə edib.

 Mənbənin bildirdiyinə görə, həbs edilənlərin bir qisminə yeni ittihamların irəli sürülməsi onunla bağlıdır ki, həmin şəxslərin ilkin istintaq müddətində həbsdə saxlanılması üçün müəyyən edilmiş vaxt limiti bitir. “Belə olan halda istintaq ya işi məhkəməyə göndərməli, ya əlavə ittihamlar irəli sürüb istintaq müddətini uzatmalıdır. Görünür ikinci taktikanı seçiblər”-mənbə bildirib.

Gözlənilir ki, “kredit oliqarxları”ına qarşı ağırlaşdırıcı maddələr irəli sürüləcək. Mənbə onu da bildirib ki, iyunun 2-də Beynəlxalq Bank işi üzrə həbs olunanlardan 10-12 nəfərinin azadlığa buraxılacağı gözlənilir. Çünki onların istintaq müddəti bitib, irəli sürülən ittihamlar isə sübuta yetirilməyib. Lakin mənbə azadlığa buraxılacaq şəxslərin kimliklərini açıqlamayıb.

Beynəlxalq Bankdan milyardlarla manat kreditin götürülməsi və geri qayıtmaması işi üzrə istintaqı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bu günlərdə istintaqın bir ili tamam olub. İş üzrə fiqurantlar arasında oliqarxlar Nizami Piriyev, Hacı İbrahim Nehrəmli, keçmiş deputat Dünyamin Xəlilov, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev, “qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov və digərləri var.

Həbs olunanların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə istintaq aparılırdı. Lakin istintaq zamanı müəyyən olunub ki, qayıtmayan kreditlərin əksəriyyətinin girov təminatı olub. Girov qismində isə kredit hesabına açılan müəssisələr, inşa edilən daşınmaz əmlak göstərilib. Nəticədə iş üzrə adı keçənlərə qarşı irəli sürülən “dələduzluq” ittihamını sübuta yetirmək çətinləşib. Bu səbəbdən cinayət işləri baxılmaq üçün məhkəməyə göndərilmir. İstisna deyil ki, onlara qarşı “mənimsə” ittihamı irəli sürüləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar