Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreditlərdən xilas olmaq sənəti


Gün-gündən ağır gəlirmi?


Dərd-qəm üstünə dolu kimi yağırmı?
 
Maaşı gələn maaşa çatdırmaq bir xəyaldırmı?
 
Kreditlər əjdaha kimi suyun qabağını kəsibmi?
 
İşdən və tıxaclardan fürsət yoxdurmu?
 
Toy dəvətnamələrini söyüş məktubu kimi alırsanmı?
 
Qarşıda səni gözləyən fərəhli bir şey yoxdurmu?
 
Həyatın mənasızlığı haqqında düşüncələrə dalıbsanmı?
 
Tonlarla fikir-xəyalın içində işıq ucu tapmırsanmı?
 
Bu qədər intihar, bu qədər mutsuzluq, bu qədər narahatlıq, bu qədər darıxmaq səbəbsiz ola bilərmi?
 
Bəs nə etməli?
 
Sənət xilasdır.
 
Bizi bu zalım dünyadan aparacaq, xəyal buludlarının üstündə gəzdirəcək sənət…

Dünyanın kəsafətindən, yorğunluğundan bizi xilas edən sənət…
 
Bəşəriyyətin xilas etməkdə aciz, amma ruhumuzu hər an diri saxlayan sənət…
 
Sevgilinin badəsinə toxundurduğun bir qədəh şərabın qədim bir mahnı ilə birləşib sağaltmadığı dərd varmı?
 
Bir Nazım şeirinin, bir Əli Kərim misrasından alınan həzzi başqa haradan tapmaq olar?
 
“Nə xoşbəxt imişəm bir zaman Allah” deyib indiki anını da xoşbəxtliyə çevirməkdi.
 
Həyatın adiliyinə, monotonluğuna üsyandı sənət.
 
Və sənətin ən böyük məqsədi insanı özünə qaytarmaqdı…
 
Ona insan olmağı xatırlatmaqdı…
 
Sənət insanın özümləşdirir, onu bütün cari qayğılardan xilas edib həqiqi mənliyinə qaytarır.
 
Bir anlıq hər şeyi unudub Roskolnikovla ağlamaq, Javerlə Senanın sularına tullanmaqdı.
 
Tıxacdan qaçıb Don Kixotla Sanço Pançaya qoşulmaqdı.
 
Tanzaniyada Kapitan Qrantı axtarmaqdı. 
 
Ruhun dalğasına düşməkdi, ruhun damarını tapmaqdır.
 
Özün olduğun andır sənət, mutlu olduğun andır.
 
Bütün ağrıları unudub öz ruhuna qovuşduğun andır.
 
Bizi insan edən şeydi.
 
Bu sözlər sizin koralmış ruhunuza tamam əks təsir göstərə bilər.
 
Darıxarsız bu yazıdan, məsxərəyə qoyarsınız, müəllifi kiçik burjua həzzlərinin daşıyıcısı sayarsınız.
 
Eyni dərəcədə, başqa bir yerdə, başqa bir anda mən də bu yazını burjua halları sayardım.
 
Etiraf edirəm.
 
Lakin indi sənətin gücünə çox inanıram.
 
Sənətin əbədiliyinə inanıram.
 
Və inanıram ki, insanın gözlərini yumub xoşbəxtlik haqqında düşünməsi xoşbəxtlikdir.
 
İnsanın bir ağaca baxması xoşbəxtlikdir.
 
Ağacın mövcudluğu, bir çiçəyin varlığı mutluluqdur.
 
Bu gün doğum günü olan o böyük usta deyirdi ki, işinin adı yaşamaq olacaq.
 
Yaşamaq yanğısını da, əlimizdə olan kiçik, amma möhtəşəm şeylərin qüdrətini də bizə sənət xatırladır.
 
Açın, bir Çexov hekayəsini...
 
Bağlayın dünyanı... (kulis.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar