Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml əhalini böyük müharibəyə hazırlayır

Kreml əhalini bğyük müharibəyə hazırlayır– Sığınacaqlar tikilir, qida ehtiyatı yaradılır...


“Kreml əhaliyə Qərblə toqquşmaya hazır olmağı təklif edir.Sankt-Peterburqun qubernatoru taxıl ehtiyatının hazırlanması barəsində sərəncam verib. Putin isə Parisə səfərə getmək istəməyib.”. Bu fikirlər İtaliyanın “Corriere Della Sera” nəşrində yer alıb.”AzPolitika.info”nun məlumatına görə, həmin məqalədə a bildirilir:

-Moskva kənarındakı Kuzminka rayonunun adminstrasiyası ləngiməməyi qərara alaraq, atom bombasına qarşı yeni sığınacağın tikintisi ilə bağlı, öz sakinlərindən vəsait yığmağa başlayıb. Adminstrasiyadan bildirilib: “Pul köçürənlərə sığınacağa girmək üçün, onların adları yazılmış buraxılış vərəqəsi veriləcək.Tələsin, yerlərin sayı məhduddur”.

Görünür, Qərblə mümkün ola biləcək münaqişə ilə bağlı Rusiyanı kütləvi psixoz bürüyür. Amma ümüd edək ki, ciddi gərginliyə baxmayaraq, belə bir vəziyyət yaşanmayacaq.

originalSuriya ilə bağlı BMT-nin qətnaməsinə Rusiyanın veto qoymasının ardından Fransua Olandla yaşanan sözlü mübahisələrdən sonra Vladimir Putin Parisə getməkdən imtina edib. Əvvəlcə Anqela Merkel Suriya və şimalı Avropa ilə əlaqədar(“İskander”raketləri, bombardmançıların daimi uçuşu) Moskvaya qarşı tətbiq ediləcək yeni sanksiyalardan danışıb. Hətta, məsələyə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson da müdaxilə edərək,deyib: “Rusiyanın Hələbdəki hərbi cinayətlərinə qarşı təhqiqat aparmaq lazımdır. Bu dövlət hörmətsizləşə bilər”.

Conson həmçinin insanları dünya ölkələrindəki Rusiya səfirlikləri önündə etiraz aksiyası keçirməyə çağırıb. Hər şey sankı Kremlin təcrid vəziyyətinə düşməsini, ən irrasional qorxunu və eyni zamanda da gərginliyi şiddətləndirir.

Bu qorxular Rusiyada əsl dəliliyə çevrilib. Sankt-Peterburqun qubernatoru 10 oktyabr tarixində, taxıl ehtiyatının hazırlanması barəsində sərəncam verib. Şəhər rəhbərliyi 20 gün ərzində hər bir sakini 300 qram çörəklə təchiz etməlidir.

Keçən həftə bütün ölkə üzrə məktəblərdə, ofislərdə və zavodlarda, mümkün hücum zamanı bomba əleyhinə sığınacaqlara necə yerləşməklə əlaqədar xüsusi mülükü müdafiə təlimləri həyata keçirilib. Moskva ətrafındakı Kuzminka rayonundakı küçələrdən asılmış elanlarda -“Rusiya Federasiyasına qarşı düşmən ölkələr (ABŞ və onun satellitləri) tərəfindən gözlənilən nüvə təcavüzü ilə bağlı”sözləri yazılıb.
11 oktyabrda müxtəlif internet saytlarında Kremlin parlament üzvlərinə və dövlət məmurlarına ünvanlnmış (hətta regional səviyyədə) fərmanı dərc olunub. Həmin fərmanda, xaricdə yaşayan qohumların tezliklə Rusiyaya qayıtmasının təşkil olunması qeyd edilir. Putinin mətbuat katibi bu məlumatı təkzib etməyib,lakin sadəcə olaraq deyib ki,bu barədə heç nə bilmir.

Bu yaxınlarda “Qafqaz 2016” hərbi təlimlərində 120 nəfər iştirak edib. Baş qərərgah münaqişə baş verdiyi təqdirdə ölkənin yeni idarəetmə sistemini sınaqdan çıxarıb. “İzvestiya” qəzeti yazır ki, bu halda qubernatorların funksyaları, bütün yerli institutlar, daxili işlər nazirliyi, xüsusi xidmət orqanları və mülkü müdafiə sistemi, təxirə salınmadan dövlətin böldüyü dörd hərbi dairənin rəhbərliyi altına keçirlər.

Rusiya müharibəyəmi hazırlaşır? Onun hərbi təyyarələrinin NATO ölkələrinin sahilləri boyunca uçması düşmən müdafiəsi ilə bağlı məlumat alamaq üçünmü lazımdır?

Siyası şərhçilər hesab edirlər ki, Putin əzələ nümayiş etdirir və bunun üçün o,  öz rəqiblərinə Rusiyanın hətta ən fəlakətli vəziyyətin də öhdəsindən gəlməyə hazır olduğunu xatırlatmaq istəyir.Yəni,düşmənlər Rusiyanın Böyük Vətən Müharibəsində (bu ölkədə İkinci Dünya Müharibəsi belə adlandırılır) necə fədakarlıq nümayiş etdirdiyini unutmasınlar.

“Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov deyib: “Amma bu oyunun axırı çox pis qurtara bilər. Biz Suriyada Hava Hücumundan Müdafiə raketləri quraşdırırıq.  Kimə qarşı? İŞİD-ə qarşı?. Axı,onların aviasiyası yoxdur.Burada söhbət hətta təsadüfən alışa biləcək münaqişəyə doğru hərəkət etməkdən gedir. Rusiya yenidən təklənib. Avropa ilə münasibətlər daima pisləşir. Hələ bu heç də son deyil”.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar