Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin müəmmalı Qarabağ təşəbbüsləri


Prezidentlərin görüşü təxirə salınır?


Münaqişə zonasında eskalasiyanın gücləndiyi zamanda vasitəçi kimi Moskvanın susqunluğu suallar doğurur; türkiyəli hərbi ekspert: “Azərbaycan gec-tez Qarabağ münaqişəsini həll edəcək, çünki...”

Son vaxtlar işğalçı Ermənistanın Naxçıvan və Türkiyə səmtindən narahatlığı artıb. Söhbət təkcə bu “kiçik torpaq”da Azərbaycanla Türkiyənin intensivləşən ortaq hərbi təlimlərindən getmir. Həm də Türkiyə ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın genişlənməsindən gedir.

Məlum olduğu kimi, bu ilin aprelində Moskva və Ankara arasında əldə olunan anlaşmaya əsasən, Rusiya Türkiyəyə kredit əsasında ən müasir və modern raketdən müdafiə sistemlərindən sayılan S 400-lər verəcək. Məlumatlara görə, bu sistemlərin hətta iki divizionu Türkiyə ərazisində istehsal edilə bilər. Bundan isə ən çox narahatlıq keçirən Ermənistandır. İşğalçı ölkədə artıq təlaş keçirməyə başlayıblar ki, həmin silahlar ən əvvəl Naxçıvan istiqamətində, Ermənistana qarşı yerləşdirilə bilər.

Türkiyənin gerçəkdən də S 400-lər hesabına nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın hava məkanının daha yaxşı qorunmasına əlavə töhfə verməsi mümkündür. İddialara görə, S 400-lərin bir divizionunu Ankara Bakıya verə də bilər. Yeri gəlmişkən, ermənilərin daha bir əndişəsi buradan qaynaqlanır.

Məsələn, o sırada 1 in.am nəşrinin şərhçisi Akop Bədəlyan yazıb: “S 400 kompleksləri ”İsgəndər"lərə qarşı durmaq qabiliyyətindədirmi? Rusiyanın Türkiyəyə satdığı S 400-lər Azərbaycana da məxsus olmayacaq ki? Türkiyə Ermənistandakı “İsgəndər”lərdən qorunmaq üçün Azərbaycana bir divizion S 400 verə bilər. Rusiya Azərbaycana külli miqdarda silah, Ermənistana isə öz “incisini” - çəkindirici “İsgəndər” verib. Məntiq diktə edir ki, Moskva indi də Azərbaycana “İsgəndər”ə qarşı nəsə versin. Və bunu o, Türkiyə vasitəsilə edə bilər. Hər halda, bu barədə düşünməyə və siyasi-diplomatik addımlar atmağa dəyər. Aqressiv düşmənin imkanlarını qiymətləndirməmək olmaz".

***

Bəs belə bir şey mümkündürmü, doğrudanmı qardaş ölkə S 400 sistemlərindən Bakıya sata və ya verə bilər?

Türkiyəli kontr-admiral və hərbi ekspert, Türkiyə Hərbi-Dəniz Qüvvələrinin sabiq kəşfiyyat rəhbəri Sönər Polat bunu mümkünsüz sayır. Çünki onun sözlərinə görə, hərbi sahədəki əməkdaşlığın və silah ticarətinin şərtlərinə görə, alınan silahlar üçüncü tərəfə ötürülə və ya satıla bilməz. “Rusiya ilə Türkiyə arasında S 400-lə bağlı imzalanmış anlaşmada da təbii ki, bu bənd var. Eləcə də Türkiyə ABŞ-dan hansısa silahı alırsa, öhdəlik götürür ki, onu üçüncü ölkəyə verə və ya sata bilməz”.

Musavat.com-un məlumatına görə, bu barədə hərbi ekspert rusdilli vesti.az saytına açıqlamasında deyib.

Ancaq ekspertin sözlərinə görə, Türkiyə Azərbaycana S 400 sistemləri verməsə belə, yaxud ondan istifadəyə şərait yaratmasa belə, bu, Dağlıq Qarabağ konfliktini həll etməyəcək: “Azərbaycan bu münaqişəni başqa yollarla həll edə biləcək və ölkənin rəhbərliyi bu yöndə düzgün siyasət yürüdür. Azərbaycan gec-tez bu münaqişəni həll edəcək, çünki o, Rusiyanın mühüm oyunçu olduğu regionun güclü dövlətidir. Azərbaycan həmçinin Dağlıq Qarabağ probleminin nizamlanması prosesində iştirakçıdır və bu proses mütləq Azərbaycanın xeyrinə yekunlaşmağa məhkumdur. Bundan ötrü də bütün şərtlər yaradılır. Azərbaycan Ermənistan üçün ciddi rəqibdir və İrəvan bunu bilir. Odur ki, ermənilərin S 400-lə bağlı açıqlamalarını ciddiyə almağa dəyməz”.

***

Qarabağ problemin həllində isə hələ ki sülh variantı ilə yanaşı, hərb yolu da öz aktuallığını saxlayır. Xüsusən də dinc danışıqların dalana dirəndiyi vaxtda genişmiqyaslı hərbi toqquşma ehtimalı artıb.

Bu arada Rusiya prezidentinin vasitəçiliyi ilə AzərbaycanErmənistan prezidentləri arasında ilin sonunadək görüş keçiriləcəyi barədə az öncə yayılan xəbərə rəsmi Moskvanın mövqeyi bəlli olub. “Rusiyanın guya AzərbaycanErmənistan prezidentlərinin görüşünü təşkil etmək barədə təklif verdiyi uydurmadır”. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiya XİN-in informasiya və mətbuat Departamentnin direktorunun müavini Artyom Kojin çıxış edib.

Yada salaq ki, Moskvanın AzərbaycanErmənistan prezidentləri arasında bu ilin payızında görüş təşkil edəcəyi haqda məlumatı bugünlərdə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbələrə istinadən yaymışdı. Bildirilirdi ki, Minsk Qrupunun digər həmsədrlərinin, konkret olaraq Fransanı prezidentlərin görüşünü təşkil etmək təşəbbüsü heç bir nəticə verməyib. Beləliklə də prezidentlərin görüşünün təşkili məsələsi ancaq Rusiyanın öhdəsindən gələcəyi məsələyə çevrilib. İndi Rusiya XİN bu məlumatı təkzib edir və belə görünür ki, heç rəsmi Moskvanın da Qarabağ danışıqlarını bərpa etməyə həvəsi yox imiş. 

“Biz ”İzvestiya" qəzetinin 17 iyul tarixli “Moskva AzərbaycanErmənistan liderlərinin görüşünü təşkil edir” başlıqlı məqaləsinə diqqət yetirdik. Qeyd etmək istərdik ki, məqalədə faktiki qeyri-dəqiqliyə yol verilib. Orada Rusiya XİN-dəki mənbəyə istinadən deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun AzərbaycanErmənistan xarici işlər nazirləri ilə danışıqlarında, hansı ki, bu danışıqlar guya ATƏT XİN rəhbərlərinin Mauerbaxdakı görüşündə baş tutub, təklif verilib ki, həmin zaqafqaziya dövlətlərinin rəhbərlərinin Moskvada görüşü təşkil edilsin. Bu, həqiqətə uyğun deyil" - Kojin qeyd edib.
Doğrudan da qəribə bəyanatdır. Məntiqlə Rusiya həqiqətən də AzərbaycanErmənistan prezidentlərinin görüşünü təşkil etmək üçün çalışmırsa, buna səy göstərmirsə, o zaman onun Minsk Qrupunun həmsədri kimi rolu nədən ibarətdir bəs? Axı danışıqlar dayanıb, Ermənistan tərəfi cürbəcür bəhanələr irəli sürərək və hansısa “yerinə yetirilməyən öhdəliklər” barədə bəhs edərək münaqişənin nizamlanmasına dair son vaxtlar diplomatların tez-tez işlətdikləri ifadə ilə desək, substansiv danışıqlardan yayınır.

Rusiya isə hər dəfə bunu vurğulamaqdan çəkinmir ki, münaqişə üzərində faktiki nəzarət, o cümlədən danışıqlar prosesinin təşkili missiyası və hərbi əməliyyatların dayandırılmasında həlledici söz haqqı məhz ona məxsusdur. O zaman Rusiya tərəfi prezidentlərin danışıqları barədə təklif verməyibsə, bu, heç də yaxşı vasitəçilik deyil. Bu, Moskvanın münaqişənin nizamlanması ilə bağlı laqeydliyini göstərmirmi?

Əlavə edək ki, “İzvestiya”dakı məlum xəbərdən öncə AzərbaycanErmənistan prezidentlərinin payızda, BMT sessiyası çərçivəsində görüşünün mümkünlüyü haqda informasiya yayılıb. Məlumata görə, tərəflər artıq buna razılıq verib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar