Kürdəmirdə intihara cəhdin qarşısı alınıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir şəhərində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
pia.az