Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəxanı qəsəbəsi qazsız qalıb - İstixanalar isə qaz vurub qazan doldurur

Son günlər ölkəmizdə müşaiyyət olunan soyuq havalar fonunda paytaxtda və Bakıətrafı yaşayış məntəqələrində mavi yanacağın verilməsində tez-tez problemlər müşahidə olunur. Hələ qış gəlməmiş yaşanan vəziyyət əhali üçün ciddi problemlər deməkdir. Qazın təzyiqinın aşağı olması bir yana, mavi yanacağın verilməsində üzün müddətli fasilələr verilməsi əhalinin haqlı naraziliğına səbəb olur


Yaşanan duruma cavabdeh olan "Azəriqaz" İstehsalat Birliyi hər dəfə bir bəhanə uyduraraq vətəndaşları sakitləşdirməklə işini bitmiş hesab edir desək yanılmarıq.

Sabunçu rayon Kürdəxanı qəsəbəsinin bir qrup sakini AzToday.az-a şikayət edərək qəsəbələrində xeyli müddətdir mavi yanacağın olmamasından narazıdırlar. Qəsəbə sakinləri bildirirlər ki, gün ərzində verilən mavi yanacaqdan heç cür istifadə edə bilmirlər. Çünki mavi yanacaq onların evlərinə çox aşağı təzyiqlə verilir və gün ərzində 5-6 dəfə saatlarla kəsilir.

Hər dəfə Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu texniki istismar sahəsi ilə əlaqə yaradaraq problemi soruşduqda onlara "qaz xətlərində təmirin getdiyini yaxud texniki problemlərin yaranmasını" deyirlər. Sakinlər iddia edirlər ki, əslində Kürdəxanı qəsəbəsinə yetərincə mavi yanacaq verilir.

Lakin qəsəbə ətrafında məmurlara məxsus böyük parniklər onların mavi yanacağını işlədir. Belə ki, Kürdəxanı qəsəbəsində yerləşən istixanaların sahibləri Sabunçu Texniki istismar Sahəsinin rəisi İxtiyar Abıyevlə anlaşaraq mavi yanacağı istifadə edirlər. Sakinlərin iddiasına görə ücu bucağı görünməyən istixanaların sahibləri qaz istismar idarəsinin rəislərinin haqqını verməklə onları qazsız qoyublar. Hazırda bu istixanalara mavi yanacaq yüksək təzyiqlə verildiyi halda yaxınlıqdakı evlər mavi yanacağa həsrətdirlər.  Yəni Bakı Regional Qaz İstismar Departamentinin  Sabunçu texniki istismar sahəsinin rəisi İxtiyar Abıyev və adamları təzyiqli mavi yanacağı yalnız istixanalara ötürməklə işlərini bitmiş hesab edirlər.

Sakinlər şikayət edərək bildirirlər ki, qarşıdakı qış aylarında bu cür hadislər təkralanacağı halda onlar soyuqdan donmalı olacaqlar.

Dəfələrlə Azərqazın qaynar xəttinə zən edərək şikayət etsələrdə sonda problem yenədə qalmaqda davam edir.

Kürdəxanı sakinlərinin şikayəti ilə bağlı araşdırmalar aparırıq. 

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar