Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürəkən qayınatadan belə qisas aldı


Gəncədə və Bakının bir neçə rayonunda eyni üsulla oğurluq baş verib


Trend Region TV-yə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Elnur Aslanov və Ağcabədi sakini Rəşad Xəlilov Bakıxanov qəsəbəsində yerləşən kafelərdən birində yaxalanıblar.

Onlar açarseçmə üsulu ilə 9 mənzilin qarət olunmasında təqsirli bilinirlər. Saxlanılan şəxslərdən E.Aslanov dindirilmə zamanı günahını etiraf edib: "Binəqədi, Nəsimi və Sabunçu rayonlarında, bir mənzili də Gəncədə yarmışıq".

Gəncədə qarət olunan mənzil Elnurun qayınatasının evi olub. Bir neçə il bundan əvvəl qayınata kürəkənlə şərikli maşın alıb. Arada yaranan narazılıqdan sonra isə qayınata mülki etibarnaməni ləğv edib.

Saxlanılan şəxsin sözlərinə görə, taksiylə Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb. Hər şey də ondan sonra baş verib: "Açdı qapını, dedi gəl bura. Artıq içəridə idi. Mənə bir bağlama verdi, boyunbağı idi. Sonra da qızıllar vardı. Şəhərə qayıdıb, qızıl boyunbağını 5400 manat satdı. Qızılları neçəyə satdığını bilmirəm".

Bu şəxslərin bir neçə oxşar cinayətlərdə iştirak etdiyi istisna olunmur. Araşdırmalar davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar