Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın rayon Qarakeçdi kənd orta məktəbi bağlanacaq?


Laçın rayon Qarakeçdi kənd orta məktəbinin bağlanması ilə əlaqədar İcra Hakimiyyətinin mövqeyi açıqlanıb.


İcra Hakimiyyətindən PİA.AZ-a bildiriblər ki, Laçın rayonunun Qarakeçdi kənd 2 saylı tam orta məktəbində təhsillə bağlı bəzi problemləri və bir neçə gün öncə müəllimlər otağında baş vermiş yanğınla əlaqədar aydınlaşdırıcı söhbət aparmaq üçün Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müəllimlərin bir qrupu Rayon İcra Hakimiyyətinə dəvət olunublar və onlar dinləniliblər. Həmin müəllimlər Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Həsənquluyev vasitəsilə qəbula dəvət ediliblər. Məktəb ətrafında yaranan neqativ reallıqlarda əli olanlar isə şayiə buraxıblar ki, məktəbi bağlayacaqlar. Bu səbəbdən müəllimlər narahatlığı Laçın rayon İcra Hakimiyyəti tərəfindən diqqətə alınıb.

İcra hakimiyyəti qeyd edir ki, məktəbin fəaliyyətinin araşdırılacağından qorxanlar və nəticəni özləri bildiklərindən müəllimləri narazı salmağa çalışıblar. Bu məqsəd baş tutmayıb və qəbulda olan müəllimlər razılıqlarını ifadə edərək qəbuldan gediblər. 

İcra Hakimiyyətindən həmçinin lnu da bildiriblər ki,  Qarakeçdi kənd 2 saylı tam orta məktəbində bir neçə il öncə 2 dəfə yanğın baş verib və bu artıq sayca 3-cü yanğındır. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, yanğının baş vermə səbəbləri barədə müvafiq qərar qəbul ediləcək. 
 
Bu məsələ ilə bağlı müəyyən maraqlı şəxslərin maraqları daxilində ayrı-ayrı saytlara göndərilib və yazılar məqsədli xarakter daşımaqla heç bir fakta əsaslanmır, yalan və iftiradan ibarətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar