Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lamiyə Aslan Aslanovun oğlunu niyə öldürmüşdü?


On iki il öncə Şəmkirin icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək həbs edilən Lamiyə Quliyevanın məhbəsdə uşaq dünyaya gətirməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib


Cinayəti birgə törətməkdə ittiham olunaraq həbs edilən Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, işə 2010-cu ildə qoşulub.

Ə.Mustafayev cinayətin baş verdiyi dövrdə olan hadisələri açıqlayıb: “O vaxt Lamiyə ilə Vüqar nişanlanmışdı. Sonradan Vüqar bilib ki, bu kiminləsə intim əlaqədə olub. Lamiyə də o vaxt azyaşlı idi. Vüqar soruşub ki, o adam kimdir? Lamiyə deyib Aslan Aslanovun oğlu Ruslandır. Vüqar da Ruslanı tanıyırmış, ona görə inanmayıb. Lamiyəyə deyib ki, sübut elə. O da Vüqarın yanında zəng edib Ruslana deyib sənlə görüşüb danışmaq istəyirəm. Bunlar üçü bir yerdə görüşüblər. Şəhərdən bir az kənarda maşında söhbət edəndə Lamiyə deyib etiraf elə ki, məni zorlayan sən olmusan. Ruslan etiraf etməyib, özünü biraz çılğın aparıb. Lamiyə də özü ilə gətirdiyi bıçağı çıxarıb Ruslanı vurub. Ruslan düşüb maşından qaçıb, Lamiyə arxasınca gedib ona çatıb, çoxlu zərbələr vurub. Bıçaq zərbələrinin sayının çox olması  Lamiyənin yaşının az olması, arıq və zəif olmasına görə olub. Vüqar həmin vaxt maşında olub, amma Ruslanın bıçaqla vurulmasında iştirak etməyib. İstintaq deyir ki, Lamiyənin əlindən bıçaq düşəndən sonra Vüqar götürüb Ruslanı vurub. Amma bıçağın üzərində təkcə Lamiyənin əl izləri var. Vüqar vursaydı, onun əl izi olardı. Vüqarın Ruslanı vurmadığını qız da deyib. Sonralar Lamiyəyə işgəncə verildiyi üçün tez-tez ifadələrini dəyişib. Vüqar sadəcə Ruslanın kolluqda gizlədilməsinə kömək edib, özü də bunu etiraf edir. Ruslanı gizlədərkən onun telefonuna zəng gəlib. Bunlar da izi itirmək üçün telefonu götürüb rayonda həyətlərindəki tualetə atıblar. 

Bir müddət sonra belə deyildi ki, guya Vüqarın atasının Aslan Aslanovla torpaq üstündə davası olub. Vüqar da onun qısasını almaq üçün Ruslanı öldürüb. Amma atasının Aslan Aslanovla heç bir mübahisəsi olmayıb. O vaxt Vüqarın atası, anası, qardaşı bütün qohumları həbs edildi. Lamiyənin də bütün qohumları saxlanılmışdı. Hərəsinə bir ad qoyub tutdular. 

Vüqarın həbsdən sonra Lamiyə ilə kimlərinsə vasitəsilə də heç bir əlaqəsi olmayıb”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar