Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lamiyə övladının atasını tapdı


“Övladım Uğura doğum haqqında şəhadətnamə almaqla yanaşı, ona şəxsiyyət vəsiqəsi də düzəltdirmişəm


Sənədlərin düzəlməsində problem yaşamadım. Sağ olsunlar, Şəmkirdə hara müraciət etdimsə, bütün işlərimi yoluna qoydular. 

Uşağımın şəhadətnaməsində ata adı yerində Vüqar Əliyevin adı qeyd olunub. Başqa kim olmalı idi?!”

PİA.AZ xəbər verir ki, bu sözləri Modern.az-a həbsdə ana olması ilə gündəmə gələrək azadlığa çıxan keçmiş məhkum Lamiyə Quliyeva deyib. Onun sözlərinə görə, Uğurun ata tərəfindən heç kim onu görməyə gəlməyib:

“Onlarla heç bir əlaqəm yoxdur, mənə lazım da deyillər. O qədər atasız böyüyən uşaqlar var ki... Özüm atasız böyümüşəm. Təki ana yaxşı olsun övlada qarşı. İnsan atadan yox, anadan yetim qalır. Mən belə şeyləri çox görmüşəm, İnşaallah, Uğura atasızlığı hiss etdirmərəm”.
Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. Maraqlıdır ki, Lamiyənin övladının onun keçmiş nişanlısı vüqar Əliyevə heç bir aidiyyəti yoxdur. Lamiyə özü açıqlamasında süni mayalanma ilə uşaq dünyaya gətirdiyini və övladının atasının məhkum Elnur Rəsulov olduğunu açıqlamışdı.

İndi isə E.Rəsulov yaddan çıxıb, keçmiş nişanlısı Vüqar Əliyevin övladının atası olaraq göstərib. V.Əliyev ömürlük məhkum kimi Qobustan qapalı həbsxanasında başqa bir qadınla ailə də qurub və vəkili vasitəsilə Lamiyədən imtina etdiyini açıqlamışdı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar