Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lamiyəyə verilən tarixi hökmün detalları


Son günlər ölkə gündəmini zəbt edən “Lamiyə” movzusu ilə bağlı yeni faktlar ortaya çıxıb


Məhkəmə tərəfindən Lamiyə Quliyevaya verilən hökmün detalları aşkarlanıb. 

Həmin sənədi müəyyən ixtisarlarla diqqətinizə çatdırırıq. 

Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin (Həsən Əbülfət oğlu İsmayılov sədr, Kərim Həsən oğlu Məmmədov katib,  Dövlət ittihamçısı: A.H.Abbasov, müdafiəçisi: S.Q.Qasımov, zərərçəkmiş şəxs: L.S.Quliyeva və V.İ. Əliyev) 01 sentyabr 2003-cü il qərarı ilə bağlıdır.

16.06.1974-cü ildə Şəmkir şəhərində anadan olmuş , azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər 04.03.1995-ci ildə Bakı şəhər Hərbi Dəniz tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin "v" bəndi ilə təqsirli bilinərək 3 il müddətinə  azadlıqdan məhrum edilmə cəzasına məhkum  edilmiş məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul, Şəmkir şəhəri Niyazi küçəsi 1 saylı evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Yusibov Fariz Telman oğlunun Azərbaycan Respublikası CM-nin 152, 221.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.

Müəyyən etdi: 

Təqsirləndirilən şəxs Yusibov Fariz Telman oğlu 2011-ci ilin iyun ayının əvvəllərində qohumu 18.12.1987-ci ildə anadan olmuş Quliyeva Lamiyə Sahib qızının 16 yaşına çatmadığını aşkar surətdə bildiyi halda onunla zor tətbiq etmədən sonuncunun razılığı olmadan cinsi əlaqədə olmuşdur.

Zərər çəkmiş şəxs Quliyeva Lamiyə Sahib qızı ifadəsində göstərmişdir ki, F.Yusibovun onunla cinsi əlaqədə olmasına dair söhbəti Vüqar Əliyevlə etmişdir və həmin danışığı Əliyev Vüqar audiokasetə köçürmüşdür. Əslində, bir qohum kimi F.Yusibovun idarə etdiyi avtomaşına minmiş, lakin Yusibov onunla cinsi əlaqədə olmamışdır. Onu Vüqar məcbur edib səsini audiokasetə yazdırarkən Fariz Yusibovun adını çəkmişdir.

Şahid Əliyeva Tahirə Şıxəli  qızı göstərmişdir ki, 2001-ci ilin iyun ayında axşam Fariz Yusibov öz VAZ 2106 avtomobili ilə onlara gəlmişdir. Bu vaxt Soltan Mansırov Farizi küçəyə çağıraraq  Vüqarın onu gözlədiyini demişdir. Fariz küçəyə çıxmışdır. O da, Farizin arxasınca küçəyə çıxmış , küçədə Fariz Yusibovun Vüqar Əliyevlə mübahisə etdiklərini görmüşdür. O, Farizi sakitləşdirmiş və onları dalaşmağa qoymamışdır. Sonra  Fariz  avtomobilə minərək Vüqarın arxasınca gedən zaman Farizi Vüqar Əliyevlə  dalaşmasın deyə, onun avtomobilinə oturtmuşdur. Həmin vaxt dava-dalaş olmamışdır. Sonra o,  Soltanın anası Məlahəti yanına gələrək Soltanın Farizi hansı səbəbə çağırdığını aydınlaşdırmışdır.

Şahid Yusibov Mübariz Telman oğlu göstərmişdir ki, VAZ 2106 markalı  AZ 57 BH 497 nömrə nişanlı avtomobili qardaşı Yusibov Fariz Telman oğlu idarə edərək istifadə etmişdir. Lakin qardaşının L.Quliyevanı avtomobilə mindirib gəzdirməsi barədə ona heç nə məlum deyildir.

Şahid Kazımov Hikmət Həsrət oğlu götərmişdir ki, o, 2001-ci ilin iyun ayında küçə ilə gedərkən , 5-ci küçədə Lamiyə yaşayan evin qarşısında adamların toplandığını görmüş və səs-küy eşitmişdir. O, həmin yerdə Fariz Yusibovun  "Çapıq " ləqəbli Vüqar Əliyevlə mübahisə etdiyini, onu vurmaqla hədələdiyini,  ona avtomobilə oturub haqq-hesab çürütməyə getməyi tələb etdiyini eşitmişdir. O, Farizin əlində bıçağa oxşayan əşya görmüşdür. Bu vaxt Farizin xalası Tahirə Əliyeva onları dalaşmağa qoymamışdır.  Lakin Yusibovun hərəkətləri səs-küyə səbəb olmuşdur.

Şahidlərdən Tahirova Nailə və Şahin Quliyev məhkəmə iclasına gəlməmişlər.

Şahin Quliyev hazırda hərbi xidmətdədir. Nailə Tahirova isə ərə getmişdir. Onun məhkəməyə dəvət olunması ailədə narazılıq yaranmasına və ailənin dağılmasına səbəb ola bilər.

Məhkəmə hesab edir ki, Quliyev və Tahirova istintaq orqanı tərəfindən prosessual normalara əməl etməklə dindirilmişlər.

Məhkəmə  bunu nəzərə alaraq həmin şəxslərin ifadələrinin elan olunmasını mümkün saymışdır.

Şahid Quliyev  Şahin Musa  oğlunnun elan olunmuş ifadəsində görünür ki, Şəmkir şəhər sakini Quliyeva Lamiyə Sahib qızı onun qohumudur.  Onun Lamiyə ilə münasibəti yaxşı olmuşdur. Lamiyə Quliyeva babası Zirəddin Quliyevin evinə gələn zaman onlar bir yerde söhbət etmişlər. Həm də bacısı Şəhla ilə Lamiyə Quliyeva rəfiqə olmuşlar.  Lamiyə babası Zirəddinin evində, həm də, onların öz evlərində onunla görüşmüş bir-birilə münasibət saxlamışlar. O, Lamiyə Quliyeva ilə münasibət saxlasa da,  onunla cinsi əlaqədə olub bakirəliyini pozmamışdır. Lamiyənin Fariz tərəfindən bakirəliyinin pozulmasını 2001-ci ildə eşitmişdir. Onların yaxın münasibətdə olduğunu dostlarından eşitmişdir. Lamiyə Quliyevanın mərhum Ruslan Aslanovla münasibəti barədə isə eşitməmişdir.

Şahid Tahirova Nailə Comərd qızı elan olunmuş ifadəsində göstərmişdir ki, o, Şəmkir şəhərində nənəsi Əskinaz  Məmmədovanın himayəsində yaşamışdır. Füzuli adına Şəmkir şəhər orta məktəbində oxumuşdur və məktəb illərində Lamiyə Quliyeva Sahib qızı ilə rəfiqəlik etmişdir. Lamiyənin mərhum Ruslan Aslanovla heç bir münasibəti olmamışdır. Lamiyə xalası oğlu Yusibov Fariz tərəfindən sevildiyini, ona ərə gedəcəyini və Fariz tərəfindən bakirəliyinin pozulduğunu bir rəfiqə kimi ona danışmışdır.

Məhkəmə tibbi ekspertizanın 12 may 2003-cü il tarixli rəyindən görünür ki, Quliyeva Lamiyə Sahib qızının qızlıq bəkarəti pozulmuşdur.

İş üzrə keçirilən məhkəmə fonoskopik ekspertizanın 18 iyun 2003-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş audiokasetlərin maqnit kentlərindəki danışıqların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki fonoqramların rəyin tədqiqi hissəsində verilmiş mətnlərdə "A" hərfi ilə işarə olunmuş şəxsin səsi Əliyev Vüqar İbrahim oğluna məxsusdur. Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki fonoqramların rəyin tədqiqi hissəsində verilmiş "B" hərfi ilə işarə olunmuş şəxsin səsi Quliyeva Lamiyə Sahib qızına məxsusdur. Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki maqnit lentlərində yazılmış fonoqramlarda montaj olunma əlamətləri qeydə alınmadı. Həmin audiokasetdə L.Quliyeva F.Yusibovun onunla cinsi əlaqədə olmasını, xalası evinə F.Yusibovun idarə etdiyi avtomaşınla gedərkən gecə vaxtı Şəmkir şəhərinin kənarında avtomaşının salonundan F.Yusibovun onunla cinsi əlaqədə olmasını göstərmişdir.

Yuxarıda şərh olunan ifadələr göstərir ki, Yusibov Fariz Telman oğlu 2001-ci ilin iyun ayında qohumu 12 dekabr 1987-ci ildə anadan olmuş, 16 yaşına çatmamış Quliyeva Lamiyə Sahib qızı ilə sonuncunun razılığı ilə yəni hər hansı formada zor tətbiq etmədən cinsi əlaqədə olmuşdur.

İş materiallarından göründüyü kimi, Yusibova ittiham verilmişdir ki, o, 2001-ci ilin iyun ayında 1987-ci il dekabr ayının 18-də anadan olmuş Quliyeva Lamiyə Sahib qızı ilə sonuncunun 16 yaşına çatmadığını bildiyi halda onunla zor tətbiq etmədən cinsi əlaqədə olmuşdur.

F.Yusibov bu epizod üzrə dindirilərkən Lamiyə Quliyeva ilə heç vaxt cinsi əlaqədə olmadığını, Quliyevaya bacı münasibəti göstərməsini bildirmişdir.

Lakin aşağıda şərh olunan hallar göstərir ki, Fariz Yusibov   öz qohumu, həmin vaxt hələ 14 yaşı belə tamam olmamış Quliyeva sonuncunun razılığı ilə cinsi əlaqədə olmuş və Quliyevanın bakirəliyini pozmuşdur.

İşə Vüqar Əliyevlə Lamiyə Quliyevanın lentə köçürülmüş danışığı haqda kaset əlavə olunmuşdur.

Bu kasetdəki şəxslərdən kişinin Vüqar Əliyev, qadının isə Lamiyə Quliyeva olması həm Əliyev və Quliyevanın özləri tərəfindən təkzib olunmur, həm də ekspert rəyi ilə təsdiq olunur.

Həmin kasetdəki danışıqlardan görünür ki, Vüqar Əliyevin onun bakirəliyinin kim tərəfindən pozulması sualına Lamiyə Quliyeva onun bakirəliyini pozan şəxsin öz qohumu Fariz Yusibov olmasını bildirir.

Zərərçəkən Vüqar Əliyev göstərmişdir ki, nişanlısının bakirə qız olmamasını bildikdən sonra nişanı qaytarmaq üçün Lamiyə Quliyevanın səsini kasetə yazmışdır.

Lakin məhkəmə hesab edir ki, həm Lamiyə Quliyeva, həm də Vüqar Əliyev bu epizod üzrə məqsədli şəkildə yalan ifadə veriblər.

Bekə ki, iş materiallardan görünür ki, Vüqar Əliyev və valideynləri Aslanovlar ailəsi ilə çox kəskin münasibətdə olmuşlar. Buna görə də əgər Lamiyə Quliyeva ilk sorğu edilən vaxt bildirsəydi ki, onunla ilk dəfə cinsi əlaqədə olan Ruslan Aslanov olmuşdur, başqa şəxslərin adı kasetə düşməzdi.

Əksinə, məhkəmə Əliyevlərin Aslanovlara qarşı əsassız düşmənçilik münasibəti, habelə hadisələrin sonrakı gedişi göstərir ki, kasetə Ruslanın adı məqsədli şəkildə yazılmışdır.

Digər tərəfdən, həm Yusibov həm də Quliyeva göstərirlər ki, onlar bacı-qardaş münasibətində olmuşlar. İşin nəticəsi ilə maraqlı olan Quliyeva və Yusibova ifadələrinə inanırlarsa, hər hansı təsirə baxmayaraq, bacı yalandan göstərməzdi ki, onun qızlıq bərakətini qardaşı pozmuşdur.

Quliyevin və Tahirovanın elan olunmuş ifadələrindən görünür ki, Fariz Yusifov ilə Lamiyə Quliyeva arasında yaxın münasibət olmuşdur. Tahirova ifadəsində göstərmişdir ki, "Lamiyə hətta Farizlə evləndiyini, ancaq bunu gizli saxladığını mənə demişdi". (gundelik baki)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar