Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviyalı deputat Qarabağdan danışıb


Sandra Kalniete: "Azərbaycan və Ermənistan problemi dialoq vasitəsilə həll etməlidir"


Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr təbiətcə eynidir. 

Bunu Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa İttifaqı-Ukrayna əməkdaşlıq komissiyasının, Avronest Parlament Assambleyasının üzvü Sandra Kalniete deyib.

O müsahibəsində bildirib ki, Dnestryanı, Abxaziya və Ossetiya - bunlar Rusiya tərəfindən yaradılmış eyni təbiətli münaqişələrdir: "Krımın anneksiyası isə fərqlidir. Bu, bütün qaydaların alt-üst olmasıdır. Dnestryanı, Abxaziya və Ossetiya dondurulmuş münaqişələrdir və bir gün həllini tapacağına ümid edə bilərik. Krım işğal olunub və Rusiyanın ərazisinə qatılıb. Fərq buradadır."

Latviyalı deputat “Eunews.az”ın "Azərbaycanın Dağlıq Qarabağ regionu da işğal olunub və Rusiya da olmasa, digər dövlət tərəfindən anneksiya olunmağa hazırlaşır. Aİ-nin bununla bağlı adekvat mövqeyi necə olmalıdır" sualına belə cavab verib: "Bu məsələni AzərbaycanErmənistan dialoq vasitəsilə həll etməlidirlər. Hətta Ukrayna məsələsində belə, Avropa İttifaqı dialoqu asanlaşdırmaq rolunu üzərinə götürsə də, münaqişə yalnız Rusiya və Ukrayna arasında dialoq nəticəsində dinc yolla həll oluna bilər." (ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar