Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Azərbaycanın ərazi bütövlüyünü tanımır?


Arzu Nağıyev: “Rusiya son vaxtlar Suriya münaqişəsinin həllində müəyyən problemlərlə üzləşdiyinə görə Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirib”


Nəsimi Məmmədli: “Azərbaycan hökuməti Rusiyanın Qarabağla bağlı ssenarisində rol almaqdan imtina etməlidir”.

Dünən Moskvada, Rusiya Xarici İşlər Nazirliyində 2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.  Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə də tonuxaraq bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Həmçinin Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını vurğulayıb. Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi”, sualına, “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil” deyə cavab verib.

Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirən politoloqlar Arzu Nağıyev və Nəsimi Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for arzu naghiyev
Arzu Nağıyev: “ATƏT-in Minsk Qrupu həmsədrləri deklorativ bəyanatlardan başqa bir addım da irəli getmədilər. Bu isə Azərbaycana xeyir eləmir”.


ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı addımlar atmamasının Azərbaycana xeyir vermədiyini vurğulayan politoloq Arzu Nağıyevə görə, Azərbaycan öz torpaqlarını hərbi yolla da işğaldan azad etməyə qadirdir: 

Rusiya xarici işlər naziri cənab Lavrov Moskvada mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə aspektlərə toxundu. Birinci məsələ ATƏT-in Minsk Qrupu həmsədrinin öz aralarında müəyyən konsepsiyaya gələ bilmədiyini qeyd etdi. Burada əsas məsələ ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə bir istiqamətdən, Fransa və ABŞ isə digər istiqamətdən baxır. Ona görə də ümumi konsepsiyaya gələ bilmirlər. Fikrimcə, bunun əsas səbəblərindən biri son vaxtlar Qərbin Rusiyaya olan təsirləri ilə bağlıdır. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında SSRİ-nin rolu olubsa, məhz bu münaqişənin söndürülməsində Rusiya birbaşa cavabdehlik daşımalıdır. Və hər hansısa şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tərəf kimi çıxış etməlidir. 

Təəssüf ki, ATƏT-in Minsk Qrupu həmsədrlərində tez-tez dəyişikliklər olduğuna və regionu yaxşı bilmədiklərinə görə Rusiya öz nümayəndəsini saxlayır və digər dövlətlər öz nümayəndələrini dəyişirlər. Fransanın Ermənistana münasibəti, ABŞ-ın regionda hansı məsələlərin həllinə çalışdığı məlum məsələdir. Rusiya isə tam şəkildə öz nüfuzunu bərpa etmək üçün bu addımları atır. Bununla yanaşı, Rusiya dəfələrlə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu bildirib. ATƏT-in Minsk Qrupu həmsədrləri deklorativ bəyanatlardan başqa bir addım da irəli getmədilər. Bu isə Azərbaycana xeyir eləmir. 

Digər tərəfdən Sergey Lavrov Dağlıq Qarabağın qondarma qurumunun statusunun həll olunması məsələsini ön plana çəkir. Sonradan isə işğalçı ordunun ərazilərdən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası barədə danışır. Bu istər “Madrid Prinsipləri”nə, istər Sankt-Peterburq görüşünün protokollarına zidd olan bir məsələdir. Çünki əvvəllər dünya tərəfindən hansısa millətin öz müqəddaratını  həll eləməsi istiqamətində insan haqqları ilə bağlı müraciətlər olurdusa, aprel hadisələrindən sonra kimin işğalçı olduğu və Azərbaycanın suverenliyinin bərpası məsələsi ön plana çəkildi. Hətta Azərbaycan rəhbərliyi dəfələrlə bəyanatla çıxış etdi ki, biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşımız saymağa hazırıq və bu istiqamətdə addımlar da atılacaq. Rusiya bir daha özünün regionda olan marağını biruzə verməyə çalışır və bu istiqamətdə də bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması üçün atılan addımlar atılır. Bu isə Ermənistanın bugünkü hakimiyyətinin ömrünün uzadılması ilə bağlıdır. 

Bundan başqa, Rusiya son vaxtlar Suriya münaqişəsinin həllində müəyyən problemlərlə üzləşdiyinə görə Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirib. Fikrimcə, ATƏT-in bütün üzvləri Ermənistana hərtərəfli təzyiqlər göstərməlidir. Bu məsələ müəyyən təzyiqlər altında həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan bir dövlət kimi hərbi yolla da həll edə bilir. Sadəcə olaraq buna maneə olan amillər var. Bu amillərdən biri də Rusiyanın münaqişənin hərbi yolla həll edilməsini istəməməsidir. Təbii ki, bizdə bu müharibəni istəmirik. Əgər bu gün Azərbaycanla Ermənistan arasında hansısa müharibə baş verərsə, bu bütün bölgəni bürüyəcək. Sadəcə olaraq, biz öz ərazilərimizdə anti-terror əməliyyatları keçirməyə hazırıq. Bununla da öz ərazilərimizi işğalçı qüvvələrdən qoruya bilərik. Bu məsələdə Rusiya, ABŞ, ATƏT bizə yardımçı olmalıdır”.

MDBQAAAAAAAAABAgMRBBIhMUFxE1FhBTIzBiOBFCJCobH/2gAMAwEAAhEDEQA/ALbjEG0zcdkj6w8J7i9ghYs+/wBkqOF07Wp5bQZQSLN0dF984u5RSydynTTvi1DsXS85umdFLXXocD2W+TdIkbBax0nycc2ek5r48J2Ea+6W8SRqyhbpp5awzOcRRKMUYWYGxEgaSX2L9BEv2seixUTbX31F8uKjMg9P4SjY4fZt3HzEaZOu+Pk7Vl0dVo5+Cy8nTexVH7ynyMuySicnbfrh8B/ql6Qzb1y/ekeZ0/40OiOLGhHFmky4cEVErFCAGIqJEVAAIcIQ4ABBBDEAMCFeHCMAKCCCACCCCACCCCAFBAYIBwMZueZ4Dv7T6y2a1Y8ojIpsWvn0L+fQypUt015vJ6P6XW1FyfcIidbQmm2okI1zTvu4r1j6TjsYUhSxyjetphbHbI0xXDAEG4Od+FpQNZ8HzTVFG4jaHYc/W/hOzqnpH+5Y9a/MfOHrvR9hW6nXyv8AWblby4v5RwIwlp5zq7NMgcnR9qqP3V9Wl9pzPuT1vtKg/cHrNCSbevX7zONp/sHRFiIEWJol44oihEiKEAMQ4V4ZcDjABFRAqL0jxjgkAKGIDAJIDgMEBgCYIcKACCCCACCCFACEOFDggzHWupeq46AB5E/OcpN0maxt9rV+L5CQ6e6aj9z2WmjtqivgQRCAioUktHcLXKMrj7pB8DLRrYwagpByJuOwqZUxLBperfDUF4kX8BaXUywzn62rM4y78r/TOZqA327f6Z8iJo9MzM9RT+k/wMPSaYk6n1D8n8I8jR9uPkdEcEbWOLOebAsTk6S1gp0wQpDVBuX6mcLXzWrmP0ekftCBtNwQHcPiPoZTNCYwmoSbm9x2kzJwe3cZQw5YZc30xVc5sQN9l64yWZveYnv6OPnCwuFOV7XIz7bmdFcOBkc5rOTOlGpY6HMA43a/Gxz7Y7S0piaWaPtj9h88uo75Iq4cDPjAqKciIUmRKlPqdjV/WiliTzbDm6v7Dfetv2D97s3zvzL9NaE2vtKZIdTcEZEHhmJYdSNaDX/R6+VZNxOXOAcbftS9NSWUc+2t1st8EEBgwCMK8EEAEEBggAhQGCAEYIIIBkesLe3V63aMrujmsa2qVB+8T45xDUyoFwRcBh1g7iJqnsqmtkfCG4UOS6mAZaIrHIMbAdVib+UJGUpxi0n3It50dI1rsiDdTRU77XbzPlOYhsb98dpm5kp4ZE47ufIepbWxa9jjy/CadSMy/VTLGJ8TD/a01CjOzr+ZJ/CPC1d/LJCxrSGMFGlUqtuRS3bYbu/dHUlU5UcWUwWyP7yoqHszY+gmillpF2TJ8ZjWqVXqObu7FyR159wHylq1NwV/a/P4SmimQTft7ejPo3eE0bU0Woj1l2qe2GEWaSKlYWbDrJKi8jrUkujUG+cyLOw+CLiqBGY/PVI9QW8jO1Xqgr6ds5pbq37vl5GWvGOCpZbI97ZGV7WHBFGXFUTsuhBy6jv65YWG/LKRa42gQePCRGW15IurUo8ly0TjRXopVH31B7DxHcb+Elyk8nGKKmvhWPuMKqfA+RHcR5y7GbDOVjHAmCCAyACAwoIAIRghGAHBEw4BnOuWCui1Rwybsvke6dDB4Fa+EphsiBZW4ggkd46pzH0wKqc0+TH2A28G5sL9Es2jsJzVIJtXtfO1t5vMY4b+Dp322U1KMuJJ8eCv6M1cYVCattlTlx2z09QkzW79So4bY9DO0DCqU1awYA8bEXzmfppLCNX+um7Y2T7GcqhO4E9gMe5hlsWUi+64teXXSOOp0EuQL/dUZEn6SmYnFNVcu5uT5dQlE4KPc7+l1M7+duER9XTbGp8Z9DNTpGZToc2xqf6g85qtIzr63/B/B5KCxOa+X/0krKHyvv8AY0Bc25wt4IeMvaGUzlVwZq4ZCgLNTfbKgXOwQQzd00YPE0WYbWEZbgBt1ADu3Z8ZpmiE2aYAyymX6MJ5xbdU07Ak7Izz790jWZ4RtaJHVSp0x6lUkOmpMl0k6r9k0UdHJIesYwznd/1H7Kd1r9eURYXMzQyRKhJkdzaTsRXVBfIeHrOLX0xSvYHaPVbKTsb5MJSSJmrC20lvttYdu8q67/GX4yh6vUhUxdGoMgEqjv8AZIHkfCX2XrojmW/cIgh2gtJKwoRh2hGAFCEEBgBQQQQQYvVYhkIFyGW38wmmscpmisBUpljkHQk9VxNBwmOSqCUNwDbcRn1TCk7H1aLbTx0JIgidqR9I12Sk7LvUEi82G8cnGhByePcgac0Lzx20NntaxzU29JValFkYq4IYcDJzaxYg7mUdij5yPitI1Kttsg23eyoI7wJqWOL5R6nRU31LbPGDn4A2xif6q+omr0jMkom2Lp/HT9RNapTrap5hX4PLS4usXySUlK1qxlSliywJ2ebX2SfZNznl3S6JK/rpo7nEVtxHs37c1v35d850+htaaSU+e5l2Mwyc+GTJHa9h908QO+8viKFQdglexOifZ93ZdGDbJ4jde8sVI7SgHot5TC6e6KNqMNk5YIdfSZXJfwE5GO0ywFxiEVv3jlJmkdCsb2eynf0kdA4Tl1dDYdkK1C19+2CLi18rHhMqlDuY2bnxEbwWtNcH2mVh0g75acDjqlVNoXGUrWB1ZSobUrhRYXNj58TNA0LglpJzYi1wzwZVxmlhmZ6V0xWrsaYJGZFl94kZd0g4TG1RdUo7OybMTctc9N+yXfSugubqtUoqCSdrZ4i+/Z+khYeo9RrMrDpuLW8pYrIpdCqVUm85HMLjatChzqEq4YWPU3snf2xH/wCyxv8AjHwX6R/WGsFpWHFgPDP5Ss88Jfp4qUcs0tQ2p4O+Nc8b/jH+VfpFprzjR/eA9qL9JWzVEIVJf6UfY19zLYmv+LG/YP8AB9I+nKHiOKUz3EfOU3nBBtiR6UfYncy8ryivxooexiJJp8oqfeoHub6iZ6rCHsiY+jAb2ahhte8K3vB17QD6GCZhzfRBMXREneybpVNlwOsest+qrBaLuxsA1zf4RKvpn7vxLHv7S3N82D7O1tHrNrC80ZYrZ3tFZLXabEuq4f8ABJ0hpd6lTbQlQvugep7Z2MNpda1Jkewcow6A2XDoPVKqIZMwU2dOWirlFRS6dA1ikjaxxZWzdRCc2xKfFTPmJrlIzIcXlXQ/D6zXqM7N/NNfg8PesamxfJJWU3lB1hNE06Kb7iq/WoOSnt390uSiYlrvpRXxlZi1wG2B2J7OXVcGa1UNz5MZTceUW6piUfZcPtbQsN1xle3lGqOJsbGUPRelftU2Q1gwHV7WW7jvl2Q7V77xKLqfT49zfpv9Tk7IrBhbfG00JTqHabwjNGsBn3R/+3ADr6JrRyjZWH1JtV0pWRQBwAEm4RrnPI9c4TowQ1N7DMDsztINLXCzAVKYAva95YotmTlFFn0uSo21zIzI6Rx+sirjEqJfLOQcTrLTfJd+7oy4+U5dWtst7B9k8OiTt9zFzic3W6t7aoOALeJsPScHaknTVfarNnusvgBfzMhCdWmOIJHEtlmbY5eHeIBh3lpUHeDahXhQQHtxQrxoxME5J1LEQTn3tBIGS0aYOa/GIZ3ROl96/EIbbpyL+qO9+nfwS8iRAYkRcqPRBLHFiBGamOReNz1fWTGuUuiMLL66lmbwNY/9Yp6h6madpLTdDCptVWF7ZIM3bsHR1zI8XjS5vYC2Qt0XkWtULG7Ek9JJJ8Z2Nu6qEX2PFamalfOcejZ2daNdK+IuAebp8EU7/jbefISjbBdrmSsc18oqkthaWRSXQ1m2+pK0CwGJw98l56lf/wAiy/abpGjiHUftG3Ycx6zN7lWDDeCGHapv8psmsGB/tNBMTTF22FYgb2UgG46xNTVRzhm3pZ4bRwOdBtbvi8QxRdoZnq+k4y4ogZSRhMdtMLnoy+k0nW0dHesD1PS9Qe/SqW7N85+k8Oag2xQqgcTYW8JaTRLL0jo4zg6Q0TXJ9lWt2/jMoT5GODn4Gi24KFvxY3I67CdKinMI3ONtWF79kTo3RzIfbvfr85xNaNI3c0hwte+V75jLstLYx9SeCi6Sgss5/PlmJJ3km/bnHrd85tFp0aNS06KWDl5DBg2o+Ap4QjhugwBragvDakw4RraggUTCJibwbUAKCJJgkgtelR7SfF8oTboWkz7afF8jFPunGv6o9F+n1jTvyN7XTGK+PRd2Z8vGcvSuOu2wDkPMyMj3mzVpU1mRhrfq0lJwq7dyXXxbPvPcN0ZiAYub0YqPCOJO2U3mTyEREVDFuYhpJhk5tQXcR1hYxIsHz6DaP7GUkgZebJyXYwVsIKROdNjT7PvL5EeExyosuXJXpTmsSaZOVQZdG0mf9O14Sq2OYmUHhlr1r1V2i1SkAtTMkfdf6HrmfVlKMQQVYbx+fWehnw61Vz6N8y/XNcIHNMuHqDI83YlO08D1TWUWbSmVPDawvTyveSn1qYjd5zk4nRhttKy1E/aXevxLvHbJOg9HLWYFmVad7XYhdog5gX3iPTjnoWqyWM5LVq/gKmJK1KtlpnPZF9pui54A98pvKIgGka1ha4pn/wBaj5TX9HUAoGza3C0yjlRp20gT006Z9RLKViRrXScuWVqkJJVoxS6xHCbZmbRrkpHj1OpINNyczlfPuj6mAThUhVEVt4+sic5FLUgkN8P0G8i3khq3rI+LYDOCBLkQRlKZffuhQC447307T6GDFVNlC3QCYMYftE/ikTTB+zt0kDu3zlSjmyKO79Ks9PQyl5K0+ZvF0TY5xxSl98OoAc8p1EcNvI6DmOvL6RxjI6tcHxjrHjBAkmEDElopJIIWIQE5xdDaGRNx08e+OVhnff8AnfEMM4AbC+cPAYpqVRKg3oyuOuxBI7xcQjGmgGp61az1qtFcPhnamroC1RTZjtC4UHgLEXtnnMqTBsjFSSrA55kd807k40WMRhzzuY2jTRgc0dBcA9RUi0ha4arlWJGTAey3Bhnl69kozt4L1h4ZQkr1qZuHYHpjGNrPVI2ztHcBYC1+gD85zqsPYzGYNjfpyBi9WNH87iLn3aftHrO4Dxue6ZRlnkysjgsWprYrCWO2zIbXpMSVt1X909kj8puJSriKVRDvplGU+8jKxBVh05y+aJ0Z7SkjeeMovKZo5aVWnUUWNXnHb+YW8jEOuSmTWMFQUxRsbX4eEQIsAGWmA8v5tFbUapm0Tt5QB1nh85I5MPagDr1Iuom0ew/m8isfUR8NcmAOE23eMERBIBaMT+sXsaRdNEc3nvuLfnskrED7QfCfUTk6eq3IXoF/Gc+Md1qOro7VD6a/l4ORWwwOYykclkOeY6ZOpmLamCN06JyiPQqCPUWyIkFkKG3A7osVbMOuASqkJWgqNeIEAcY3jHqMvpAWtCJv6QBYiGEMRVoBoHJDjT+kYfp2K6/ELg+iS/6w4Va1G1vaNmW3A77THtQMXzWOpXOThqR/iGXmBNlfHinSV2F7X8pVJcmcWYpp11Su1MizbI2h1yy8mmjwOduu1ULAADMAAZEntvKJpvSJxOKqVz99iw6hwHhaaXySYqxqqczsIc+osD6yMbS37o89i/UsNzSM7bwpPZkZkvKlWL1KJt7IVlXu2bzWNLVNqmR+0QniR8rzNOVyiFGGAFsn/wCMyiymSM6EcURCiLEsMRR3Rtmi6hyjBMAcUwyYhYswBtm9oR6lUzMjXz7oaPAOheCJByEEAsuNchmIFyKZNu8StYqszMWNiejd4Tq6dxNn2Qd6gHs32nFanfjKq4dzCmUlXtb4AK9twuRvHGHSx68co0AwPTDqYcOMsjLTMkVVDjI9k5uIuLX3iJcOnZEu+0JIOhSe4hgyNg3yj4MgAeMkx9ozUgDqtcX6YoSNRa1x1xznIBLwlfm6lOpu2XR/BgTNc14x3NaOdgbFgUHa5tfzmLvV2haaByiaR29HYIX/AFgVj/Cl/WYy7EozvDLcy/cn9YpiEAPvIV7/AHv+MomDls1dr7Feg/74HjlbzmE+ps1x/tZr9a5amvQS3gCPnKByxpYYc9bjyE0AfrF6lP1lF5Y0+yoH/MYeK/hJRRIy8GKBjd4YlhgHUbdGiYbmJBkgeWFUMNTG6hkEDYO+HELBJJJNPFWyOcEjKucEAnYqo1R2duJv2DgPC0QjkdkeciNisOAmKGMEpBeKFMCM0at4/syQR8SoO+citSKnLdOziJCrCSCPhGk1ZBoSUjQB4mNsId4DIBG3N2xRhVsrQxJA7TW07GsuLLYbAJ+xSq//AE2Qf9k5KNGcTVJIBOSiw6hctbxYyGEO4UTvUXsqsN4N/DMZziURwnaor9nKJ9TepXDRtWCq7RVummp/mH4yn8sIvh6R/wA31Rp3tS6+3Qpsf8NVP8It8px+Vsfoi24VV9G+syRqvuY+YLwQjLisTffAphGGkAeG6MvFu8ZZsjBA2p3R24kYvwEcpUyeoQB9WGZEEdp0+4QQBS1hu3RYUH6xCUBxkikLSCRHM8QY9SLDIxLMIlq/QIAiu2cj4jdFMZFxLQQN0JKWREkhGkgfBh3jYhyCQqgvEIY5G1XOSCQsYxHvdwj0Zr+8OwSAiTSM7OEb2T+b/WceiJ1sIcren07pRM36TUeTx74UdTMvdtX+kicqa/oJ6nT+r8Yrk1f7Bx0VD5hY5ynrfAv2ofBxMka1iw2YmzQmaGwiCZcUB2g7MvWC8BEEiIlzYRZMar7oIHqRp/8AckK69N5y7Ra1YB0meCQkr9IhSAdI4hOmGMUnT6w1WJYXgkXzqncRG3eRa1Mb7eGUZo1DffJA7VJkV7ycZExO8QQJSPLGUjogDwMONiOW+UAMxPHOGIlzIA5aN1feHYI6kbr+93CDJdSTSnUwpnMpbx+eE6mHX0lMzdqNC5Mz7NZf31Piv4To8oljhai/u38M/lOTyYn9d2p/ynQ19P2VT/Tf+mTEou+5mLExphnDffEpLjXFXgESIcAMiRsQd0feR6sAXSqjcY+tNT0SOogY2GUAeqOoyGcEjGCAf//Z" alt="Image result for nəsimi məmmədli">

Nəsimi Məmmədli: “Hökumət rəsmiləri bir sıra məsələlərdə Qərblə münasibətləri süni şəkildə gərginləşdirərək Rusiya ilə açıq və gizli həmrəylik nümayiş etdirir”.


Rusiyanın daim Ermənistanın maraqlarını qoruyacağını vurğulayan politoloq Nəsimi Məmmədliyə görə, Azərbaycan hökuməti qəti şəkildə Rusiyanın “Qarabağ ssenari”sindəki rolundan imtina etməlidir:

Rusiya ATƏT-in Minsk Qrupunun sülhyaratma misiyasında həmsədr statusu ilə təmsil olunsa da, faktiki olaraq bütün dünyaya bəllidir ki, Qarabağ probleminin yaradıcısı və ətraf rayonların da daxil olduğu işğalı gerçəkləşdirən dövlətdir. Bu həqiqəti Azərbaycan hökuməti beynəlxalq tribunalardan sərt şəkildə səsləndirmədikcə, ünvanı dünya ictimaiyyətinə birbaşa göstərmədikcə, başqa dövlətlərin bu həqiqəti səsləndirməsi və problemin həllində müsbət dönüş mümkün olmayacaq. Rusiya Ermənistanın strateji müttəfiqi və etibarlı dostu kimi durmadan onları ən müasir silahlarla silahlandırır. Bu bədnam qonşularımız isə hər əlverişli məqamda torpaqlarımıza göz dikib, suverenliyimizə təhlükə törədib və milli mövcudluğumuza qənim kəsilib. Rusiyanın problemin həllinə yanaşmasında, hərbi-siyasi davranışlarında hər hansı təəccüblü hal yoxdur. 

Rusiya daim Ermənistanın maraqlarını qoruyub və imkanı çatdıqca qoruyacaq. Bu, onun yüz illərə dayanan “Qafqaz Siyasəti”nin əsas sütunlarından biridir. Odur ki, Lavrovun açıqlaması diplomatik jest deyil, RF-nın təməl siyasi kursudur. Təəssüf ki, Azərbaycanın dövlət diplomatiyası hökumətin perspektivsiz siyasətinin girovudur. Azərbaycan hökumətinin son vaxtlar həyata keçirdiyi xarici siyasət ölkəmizə yaxşı gələcək vəd etmir. Bu siyasətin davam etməsi həm təhlükəsizliyimizə ciddi təhdid yarada, həm də ölkəmizin beynəlxalq aləmdən təcridinə gətirib çıxara bilər. Dünyanın nəhəng dövlətlərinin toqquşan və uzlaşan maraqları kontekstində yeni beynəlxalq siyasi münasibətlər sistemi yaranmaqdadır. Belə bir şəraitdə münaqişəli dövlətlərin aydın xarici siyasət yürütmələri vacibdir. 

Nədənsə hökumət rəsmiləri dövlət maraqlarını bir kənara qoyaraq hakimiyyət marağından siyasi seçim öncəliyini Rusiyaya verib. Hətta bir sıra məsələlərdə Qərblə münasibətləri süni şəkildə gərginləşdirərək Rusiya ilə açıq və gizli həmrəylik nümayiş etdirir. Azərbaycan hökuməti Rusiyanın Qarabağla bağlı ssenarisində rol almaqdan imtina etməlidir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar