Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Bakıya təcili səfərinin səbəbi


Rəsmi məlumatda deyilir ki, Lavrov Bakıya iki ölkə arasındakı münasibətləri və Qarabağ məsələsini müzakirə etmək üçün gəlir


Amma Lavrovun və digər rusiyalı rəsmilərin Qarabağ münaqişəsinin həllində maraqları yoxdur.
 
Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Antalyada baş tutan görüşünü şərh edən politoloq bəzi məqamlara aydınlıq gətirib:
 
“Xarici İşlər naziri Elman Məmmədyarovun Antalyada türk və türkmən həmkarlarıyla əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı Türkiyə ilə birgə hərbi təlimlər və Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınması məsələsinin gündəmə gəlməsi çox mühüm məqam hesab edilə bilər. Çünki dərhal bu söhbətdən narahat olan Kreml bəzi qərarlar alır. Belə ki, Xarici İşlər naziri Sergey Lavrovun da Bakıya səfəri təşkil edilir. Rəsmi məlumatda deyilir ki, Lavrov Bakıya iki ölkə arasındakı münasibətləri və Qarabağ məsələsini müzakirə etmək üçün gəlir. Lavrovun və digər rusiyalı rəsmilərin Qarabağ münaqişəsinin həllində maraqları yoxdur. Ona görə rusiyalı nazirin Bakıya gəlişinin məqsədi fərqlidir. Rusiyalı rəsmilərin son illərdə Azərbaycana səfərlərinin məqsədləri zatən bəllidir: Azərbaycanı Qərbdən uzaq tutmaq, Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınmasına imkan verməmək və bir də rəsmi Bakını işğal altındakı torpaqların güc yoluyla azad etməsi fikrindən daşındırmaq”.
 
Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar