Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Qarabağla bağlı “bizlik deyil” blefi...


Elxan Şahinoğlu: “Elə isə Rusiya Azərbaycana niyə mane olur ki, biz öz bildiyimiz kimi münaqişəni həll edək?”; Elçin Mirzəbəyli: “Lavrov doğru deyir, münaqişəni tərəflər özləri həll edə bilər və bu tərəflərdən biri də Rusiyadır”


Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Lavrov bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz: “Rusiya ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.

Lavrovun növbəti dəfə belə bir açıqlama ilə çıxış etməsi Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Çünki hər kəsə bəllidir ki, Ermənistan ordusu məhz Rusiyanın siyasi və hərbi dəstəyindən güc alaraq Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qarabağ münaqişəsinin müəllifi isə məhz Moskva özüdür. Belə olan halda Rusiya xarici işlər nazirinin “Qarabağ münaqişəsini yalnız AzərbaycanErmənistan həll edə bilər”  açıqlaması Azərbaycan ictimaiyyətində etiraz doğurmaya bilməz.

Bəs bu açıqlamanın izahı nədir?  Lavrovun bu açıq bəyanatı yeni vəziyyət yaradırmı?

Rusiyalı nazirin bəyanatını “Yeni Müsavat”a şərhində politoloq Elxan Şahinoğlu bildirdi ki, Sergey Lavrov  ilk dəfə deyil Dağlıq Qarabağ münaqişəsinin həllinə görə yaxasını kənara çəkir, məsuliyyəti Azərbaycanın və Ermənistanın üzərinə atır. Əgər Lavrov dediyi kimi, münaqişəni AzərbaycanErmənistan həll etməlidirlərsə, onda birincisi, Minsk Qrupu həmsədrləri nəyə və kimə lazımdırlar?

İkincisi, son qərarı Bakı və İrəvan verməlidirsə, nəticəsi olmasa da, Rusiya niyə bu prosesə fəal vasitəçilik edir, tez-tez nazirləri və prezidentləri ya Moskvaya, ya da Soçiyə dəvət edir? Və nəhayət, üçüncüsü, Rusiya Azərbaycana niyə mane olur ki, biz öz bildiyimiz kimi münaqişəni həll edək? Axı 2016-cı ilin aprelində biz 4 gün yox, daha çox savaşıb Lələtəpənin ətrafını da azad edə bilərdik, Buna Rusiya mane oldu, müdafiə nazirləri Bakıya zəng edib döyüşləri dayandırmağı xahiş və ya tələb etdi: “Bunu Azərbaycan rəsmiləri də gizlətmirlər. Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə görə məsuliyyətini kənara çəkir. Çünki bilir ki, münaqişənin həlli üçün ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bunu isə bir erməni kimi həm o, həm də onun ətrafı istəmir. Ancaq Lavrov sona qədər səmimi deyil. Lavrov münaqişəni həll etmək istəməsə də, münaqişə vasitəsilə bölgədəki varlıqlarını da sürdürmək istəyirlər”.

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, əgər Lavrovun bəyanatını münaqişənin yaranma səbəblərini, işğal tarixini və reallıqları nəzərə almaqla dəyərləndirsək, o zaman “münaqişəni tərəflər yalnız özləri həll edə bilər” mülahizəsi ilə razılaşmaq olar: “Lavrov doğru deyir, münaqişəni tərəflər özləri həll edə bilər və bu tərəflərdən biri də Rusiyadır. Ermənistan isə işğal faktorunda medalın görünən tərəfidir. Münaqişənin təməlində Rusiyanın regiondakı maraqları dayanır. Rusiya yalnız sənəd üzərində vasitəçidir, əslində isə tərəfdir. Münaqişənin həlli də yalnız Rusiyanın öz real statusunu etiraf edəcəyi, yaxud tarix boyu istismar etdiyi regiondan çıxıb gedəcəyi təqdirdə mümkün olacaq. Lavrovun ”Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edirlər" deməsinə gəldikdə isə bu fikir də siyasi riyakarlıqdan başqa bir şey deyil. Münaqişənin həll olunması üçün real şərait o zaman yarana bilər ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün konkret addımlar atılsın, işğalçıya qarşı sanksiyalar tətbiq olunsun, təcavüzkar sülhə məcbur edilsin. Bütün bunlardan kənarda deyilən nə varsa söz yığınıdır. Lavrovun bəyanatının digər tərəfi isə ondan ibarətdir ki, Rusiya 2018-ci ildə hətta simvolik olsa da belə danışıqlar prosesinin aktivləşməsində maraqlı olmayacaq və “Lavrov planı” 2017-ci ili yola vermək üçün blefdən başqa bir şey olmayıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar