Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lələtəpə alınanda düşmən əsgərləri qonşu postlardan necə qaçırdı... - Fotolar

Ermənistan Müdafiə Nazirliyi rəhbərliyində işdən çıxarılmalar üçüncü həftədir ki, davam edir və görünür, hələ davam edəcək


Ötən müddətdə müdafiə nazirinin müavini, maddi-texniki təminat üzrə rəis, general-leytenant Alik Mirzabekyan, Kəşfiyyat İdarəsinin rəhbəri, general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən azad edilib.

İşdən çıxarılmalara 2-4 aprel döyüşlərinin nəticələri səbəb olub. Belə ki, Qarabağın şimalında və cənubunda erməni tərəfi xeyli itki verib.

Parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Koryun Naqapetyan bildirib ki, Müdafiə NazirliyiErmənistan Silahlı Qüvvələri Baş Qərargah sistemində işdən qovulmalar davam edəcək və yüksək  vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq.

Parlament fraksiyasının rəhbəri, hakim Respublika Partiyasının rəhbəri Baqram Baqdasaryan da onun sözlərini təsdiqləyib.  O bildirib ki, yüksək vəzifəli şəxslərin işdən azad edilməsi aprel müharibəsi zamanı uğursuzluqlarla bağlıdır.



Növbəti cəzalandırma - Müdafiə Nazirliyi Silahlara Nəzarət İdarəsinin rəisi,  general Melsik Çilinqaryanın işdən çıxarılması bu bəyanatlara sübut olub.

Bu məlumatlardan başqa KİV-də belə xəbərlər yayılıb ki, tezliklə Baş Qərargah rəisi Yuri Xaçaturov da işdən çıxarılacaq. Belə ki, savaşın ılk günlərində o, bilyard oynadığı üçün iş yerinə gəlməyib.

Onun tezliklə işdən çıxarılacağını dolayısı ilə bu xəbər də təsdiqləyir ki, Xaçaturovun yaxın qohumu, Madagiz alayının komandiri Harutyun Amirxanyan döyüş günlərində öz postunu qoyub qaçıb və xəstəxanada gizlənib. Amma atəşkəs bərpa olunduqdan sonra ortaya çıxıb. Erməni mənbələrinin məlumatına görə, həmin döyüşlərdə Madagiz alayı ən ağır itki verib.

Ermənistan hərbi rəhbərliyinin uğursuzluğu çatışmazlıqlar, komandirlər arasındakı münasibətlərlə də bağlıdır. Belə ki, Qarabağ qüvvələrinin keçmiş komandan müavini, hazırda “baş nazirin müavini”  Artur Ağabekyan səbəb göstərmədən tezliklə işdən gedəcəyini bildirib.



Lakin KİV-in məlumatına görə, döyüşlər zamanı o, “Yerkrapa” könüllülər birliyinin komandiri Manvel Qriqoryanın ədəbsiz və sərsəm davranışından qəzəblənib. Onların arasında münaqişə o yerə gəlib çatıb ki,  Ağabekyanın biznes maraqlarına ziyan dəyib.

Qeyd edək ki, Ağabekyanın istefaya getmək niyyəti barədə Qarabağ separatçıları sosial şəbəkələrdə yayılan məlumatlardan biliblər.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, işdən qovulmaların demək olar ki, hamısı Müdafiə Nazirliyi rəhbərliyinə aiddir, baxmayaraq ki,  rəsmi Yerevan daim bəyan edir ki, Qarabağda “Qarabağ özünümüdafiə qüvvələri” vuruşur. Ancaq nədənsə orada heç kim işdən çıxarılmır.  Bundan başqa aprel döyüşlərində həlak olanların 70%-i Qarabağ erməniləri yox, Ermənistan sakinləridir.



Serj Sarkisyanın və digər rəhbərlərin bəyanatlarına görə, erməni tərəfi müharibənin davamına hazırlaşır,   hərbi texnika və canlı qüvvə itkisinin yerini doldurmaq üçün yollar axtarır.

Azərbaycan hərbi mənbələrindən Turan-a məlum olub ki, hətta könüllü və ehtiyatda olanlar cəlb edildikdən sonra erməni tərəfi ön müdafiə xəttini 60% tamamlaya bilib. Müasir silahlarla bağlı vəziyyət də eynidir.

Bu günlərdə erməni təbliğatı öz hərbçilərini qəhrəman etmək, əsgərlərin döyüş ruhunu möhkəmləndirməklə məşğuldur.  Lakin aprelin əvvəllərində cənub istiqamətində gedən döyüşlərdə iştirak edən komandirlərdən biri Turan-a bildirib ki, Lələ təpənin alınmasından sonra ermənilər nizamsız şəkildə qonşu mövqelərdən çəkilməyə başlayıblar və Azərbaycan əsgərləri bir atəş belə açmadan və itki vermədən həmin mövqeləri tutublar. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar