Bu gün Lənkəran rayonunda yanğın baş verib
APA-nın məlumatına görə, rayonun Ləj və Yuxarı Nüvədi kəndlərini əhatə edən 2 hektar ərazidə quru kol-kos yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsininin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun genişlənməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
pia.az