Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda 3 qadın narkotikə görə saxlanıldı



Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsilə bağlı keçirdiyi əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən tiryəkxana aşkarlanıb


Bu, qısa müddət ərzində rayon əraziisndə aşkarlanan 3-cü belə tiryəkxanadır. Saxlanılanlar arasında çox təəssüf ki,qadınlar da var.

PİA.AZ-ın məlumatına görə, Lənkəranda tiryəkxana işlədən və narkotik məhsulların alışı-satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emil İbrahimov saxlanılıb. Keçirilən əməliyyat tədbiri zamanı onun üzərindən 0,7 qram heroin, eyni miqdarda psixatrop maddə və elektron tərəzi aşkar edilərək götürülüb. Emil İbrahimov əvvəllər iki dəfə məhkum olunaraq 7 il azadlıqdan məhrum edilib. Onun kirayə qaldığı və tiryəkxana kimi işlətdiyi ev isə əvvəllər 5 dəfə məhkum olunmuş 49 yaşlı Fəzili Fətullayevə məxsusdur. 

Əməliyyat zamanı bu evdə narkotik maddə istifadəçiləri olan 5 nəfər yaxalanıb ki, onlardan 3-ü qadındır.Müstəntiq Toğrul Hüseynovun sözlərinə görə, baxış zamanı Fəzli Fətullayevin üzərindən bir bükümdə 0,325 q heroin, Aybəniz Kərimovanın üzərindən bir bükümdə 0,11 q psixatrop maddə olan metalfetamin. Günel Vəliyevanın üzərindən iki bükümdə 0,3 q narkotik vasitə olan heroin, Sevinc Dadaşovanın üzərindən dörd bükümdə 0,6 q heroin aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Emil İbrahimov və Fəzili Fətullayevlə birgə bu evi uzun müddətdir ki, tiryəkxana kimi işlədib və saxlanılan şəxslər də mənzilə məhz narkotik vasitələrdən istifadə üçün gəliblər.

Faktla bağlı şəhər polis şöbəsinin istintaq bölməsində başlanan araşdırmalar davam etdirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar