Lənkəran rayonunda ev yanıb
PİA.AZ FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şağlaküçə kəndində vətəndaşa məxsus umumi sahəsi 176 kv.m olan 4 otaq və aynəbənddən ibarət kürsülü evin aynəbəndinin yanar konstruksiyaları 35 kv.m sahədə və kondisioner yanıb.
Evin qalan hissəsi yanğından muhafizə olunub.
Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.