Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerik icra başçısı ilə qardaşına 4 milyon manatlıq ittiham


Lerik rayon sakinləri icra başçısı Rövşən Bağırov və onun iş adamı olan qardaşından şikayətçidirlər


PİA.AZ bildirir ki, Gunxeber.com-un məlumatına görə,  rayon sakinləri prezident İlham Əliyevdən R.Bağırov və qardaşı Cavanşir Bağırov barəsində ölçü götürülməsini tələb edirlər.  sakinlər bildirilər ki, R.Bağırovla qardaşı rayonu çapıb talayırlar. Onların sözlərinə görə, rayonda icra başçısının qardaşı C.Bağırova məxsus “Cavanşir” MMC fəaliyyət göstərir: “Neçə ildir Rövşən Bağırovun dəstəyi ilə Lerikə ayrılan vəsaitləri tender vasitəsilə “Cavanşir” MMC qazanır. Amma dövlət sifarişi ilə həyata keçirilən işlərin heç 10 faizi görülmür. Həmin görülən cüzi işlər isə idarə, müəssisə rəhbərlərinin, iş adamlarının hesabına həyata keçirilir. Dövlətin ayırdığı vəsaitlər isə mənimsənilərək iki qardaş arasında bölüşdürülür. Rayonda çox acınacaqlı vəziyyət yaranıb. Təsəvvür edin ki, son illərdə Rövşən Bağırovla qardaşı “Cavanşir” MMC vasitəsilə 4 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.  Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə etdiyimiz müraciətlər isə araşdırılmaq üçün Lerik Rayon İcra Hakimiyyətinə göndərilir. İcra başçısının göstərişi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub yazılır ki, məsələ araşdırılıb, ancaq heç bir mənimsəmə faktı aşkarlanmayıb. Rövşən Bağırov öz qardaşını tutdurmayacaq ki. Biz cənab prezidentdən icra başçısı və qardaşı haqda tədbir görülməsini xahiş edirik”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar